Rumıniya Ukraynanı münaqişəni qızışdırmaqda ittiham edir


…Rumıniya prezidentliyinə namizəd Kalin Georgesku Ukraynanı münaqişəni qızışdırmaqda ittiham edib.

SİA-nın məlumatına görə, bu barədə RİA Novosti xəbər verir.

…Kiyevin siyasəti sülh prosesinə töhfə vermir, ancaq münaqişəni qızışdırır.

Georgesku vurğulayıb ki, bu, Ukrayna vətəndaşlarının xaricə kütləvi şəkildə getməsinə səbəb olub. Bundan əlavə, Ukraynanın siyasəti Avropanın iqtisadi sabitliyinin pozulmasına və dövlətin məhvinə səbəb olub…

Bundan əvvəl Georgesku bəyan etmişdi ki, ABŞ-ın keçmiş prezidenti Cozef Bayden administrasiyası Rumıniyanı Ukrayna münaqişəsinə sürükləmək istəyir.

Onun fikrincə, Rumıniya prezidenti Klaus İohannis Kiyevin Qərb müttəfiqlərinin maraqlarından çıxış edir.

Əli Babayev

Əlaqəli Xəbərlər