Yanvarda Avropada qazın qiyməti 6 faiz artıb

[ad_1] Avropada qazın orta qiyməti yanvarda 6 faiz artaraq 1000 kubmetr üçün təxminən 517 dollar təşkil edib. SİA xarici mediaya istinadla xəbər verir ki, qiymət artımına əsasən soyuq qış fonunda Avropada anbarlardan çıxarılma tempinin yüksək olması və Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılması təsir edib. Ötən ilin payızından başlayaraq Avropadakı mərkəzlərdə qaz qiymətləri tədricən artmağa başlayıb. 2024-cü ilin dekabrında qitədə qazın orta qiyməti 1000 kubmetr üçün 489 dollar, bu ilin yanvarında isə 517 dollar təşkil edib. [ad_2]

Daha çox

Azərbaycanda manatla geniş pul kütləsi 3%-dən çox artıb

[ad_1] Bu ilin yanvarın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 46 milyard 494,8 milyon manat təşkil edib. SİA xəbər verir ki, bu, aylıq müqayisədə 4 % çox, 2024-cü ilin əvvəlinə nisbətən 3,2 % çoxdur. O cümlədən, manatla pul kütləsinin (M2 aqreqatı) həcmi ötən ilin dekabrın 31-nə 36 milyard 652 milyon manat təşkil edib. Bu, aylıq göstəricidən 5,8 %, 2024-cü ilin əvvəlinə nisbətən 3,6 % çoxdur. Hesabat dövrünə M1 pul aqreqatı 29 milyard 647,2 milyon manat olub ki, bu da, aylıq müqayisədə 7 % çox, 2024-cü ilin əvvəlinə…

Daha çox

ABŞ-da yüzlərlə FTB agenti işdən çıxarıla bilər

[ad_1] ABŞ administrasiyası Prezident Donald Trampla bağlı araşdırmalarda iştirak edən Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşlarını işdən çıxarmağı planlaşdırır. SİA xəbər verir ki, məlumata görə, FTB-nin yüzlərlə əməkdaşı işdən çıxarıla bilər. İlk növbədə, bu tədbir 2021-ci ilin yanvarında Vaşinqtonda Kapitoliyə hücumun şərtlərini araşdıran, həmçinin Trampın məxfi sənədləri düzgün saxlamaması ilə bağlı işə rəhbərlik edən xüsusi müşavir Cek Smitlə əməkdaşlıq edən agentlərə təsir edə bilər. [ad_2]

Daha çox

Tramp Filadelfiyada təyyarə qəzası ilə əlaqədar başsağlığı verib

[ad_1] ABŞ Prezidenti Donald Tramp Filadelfiyada baş verən təyyarə qəzası ilə əlaqədar başsağlığı verib. SİA xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında yazıb. “Pensilvaniya ştatının Filadelfiya şəhərində təyyarənin qəzaya uğramasını görmək çox kədərlidir. Daha çox günahsız insan həlak olub”, – paylaşımda qeyd olunub. Tramp həmçinin hadisə yerində görülən işlərə görə bütün xüsusi xidmət əməkdaşlarına təşəkkür edib. [ad_2]

Daha çox

Çin “Mach 4” hərbi reaktiv mühərrikini sınaqdan keçirib

[ad_1] Çinin Taihang Milli Laboratoriyasının Aerokosmik Mühərrik Tədqiqat Mərkəzinin mütəxəssisləri süni intellekt texnologiyası ilə təchiz edilmiş “Mach 4” mühərrikinin yerüstü sınaqlarını uğurla başa çatdırıblar. SİA xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb. Nəşrin məlumatına görə, adı açıqlanmayan mühərrik hərbi məhsul üçün “təchizat zəncirinin 100% lokallaşdırılması” tələblərinə cavab verir. Taihang Milli Laboratoriyası Çinin J-20 döyüş təyyarələrini gücləndirən “Taihang” seriyalı təyyarə mühərrikləri üzərində işi ilə tanınır. Bu sınaqların elanı Çinin uçuş sürəti səs sürətindən dörd dəfə yüksək olan hərbi təyyarə üzərində işlədiyinin ilk rəsmi təsdiqi idi. Qəzet izah…

Daha çox

Azərbaycan manatının nominal effektiv məzənnəsi artıb

[ad_1] Bu il yanvarın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 109,2 bənd təşkil edib. SİA xəbər verir ki, bu, aylıq müqayisədə 1,7 bənd, 2024-cü ilin yanvarın 1-nə nisbətən 7,2 bənd çoxdur. Ötən ilin dekabrın 31-nə manatın real effektiv məzənnəsi isə 125,1 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 2,5 bənd, 2024-cü ilin yanvarın 1-nə nisbətən 3,7 bənd çoxdur. [ad_2]

Daha çox

ABŞ administrasiyası ilə birbaşa danışıqlar üçün hər hansı səbəb yoxdur

[ad_1] İran rəhbərliyi ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə birbaşa danışıqlara başlamaq üçün heç bir səbəb görmür. SİA xəbər verir ki, bu barədə ölkənin baş diplomatı rəhbəri Abbas Araqçi bildirib “Al Jazeera“ telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, etimadın bərpası üçün ilk addım ola bilər. “Bunun baş verməsi üçün səbəb olmalıdır. Hazırda mən bunun üçün heç bir səbəb görmürəm. Amma təbii ki, onların hansı siyasət yürüdəcəklərini, dialoq üçün zəmin olub-olmayacağını görmək lazımdır”, – Araqçi qeyd edib. [ad_2]

Daha çox

5,7 ballıq zəlzələ bu ölkəni silkələdi

[ad_1] Ekvadorda 5,7 maqnitudalı zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri Ambato şəhərindən 91 km şimal-şərqdə, zəlzələ ocağı 40 km dərinlikdə yerləşib. Tələfat və dağıntı barədə məlumat yoxdur. [ad_2]

Daha çox

“SpaceX”in gündə 3-4 peyki yanır

[ad_1] “SpaceX” şirkəti “Starlink” rabitə peyklərinin orbitdən çıxarılma tezliyini artırıb. Hər gün dünyada bu qrupdan olan 3-4 peyk atmosfer qatında yanır. SİA xəbər verir ki, bu hadisənin 2024-cü ilin may ayından bəri aşkar hal aldığı bildirilir. 2025-ci ilin yanvarında “SpaceX” 87 peyk yandırıb. Bununla yanaşı şirkət ayda 55 yeni aparat yaradır, 200-ə yaxın peyk buraxır. “SpaceX”in köhnə peykləri yenisi ilə əvəzlədiyi ehtimal edilir. Lakin şirkət hər ay 100-ə yaxın peykin məhv edilməsinin səbəbini izah etməyib. Bildirilir ki, təbii amillər də buna təsir edə bilər. 2024-cü ilin may ayında Günəşdə Yerin…

Daha çox

ABŞ-da növbəti təyyarə qəzası baş verib

[ad_1] ABŞ-ın Filadefiya şəhərində kiçik təyyarə qəzaya uğrayıb. SİA-nın məlumatına görə, hadisə Filadelfiyanın şimal-şərqindəki “Ruzvelt” alış-veriş mərkəzi yaxınlığında baş verib. Federal Aviasiya Administrasiyasının məlumatına görə, Missuri ştatının Sprinqfild-Branson Milli Hava Limanına uçan kiçik təyyarə Şimal-Şərqi Filadelfiya Hava Limanından yola düşdükdən bir qədər sonra yerə çırpılıb. Qəza ərazisində böyük yanğın baş verib, evlərə və avtomobillərə ziyan dəyib. Təyyarədə altı nəfərin olduğu deyilir. Onların vəziyyəti ilə bağlı məlumat verilməyib. [ad_2]

Daha çox