[ad_1] Bu gün Koreya Respublikasının cənubundakı Çecudo kurort adasının yaxınlığında göyərtəsində 15 heyət üzvü olan iki balıqçı gəmisi saya oturub. SİA xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Yerli vaxtla saat 09:24 radələrində sahil mühafizəsinə Çecudo adası yaxınlığındakı sularda iki balıqçı gəmisinin saya oturması barədə məlumat daxil olub. Onlardan 12 nəfəri xilas edilib, 3 nəfər itkin düşüb. Bir nəfər sonradan həlak olub. “Xilas edilənlər arasında 32 tonluq gəminin 50 yaşlı kapitanı da var. Onun ürəyi dayanıb, xəstəxanaya gedərkən həkimlər ürək-ağciyər reanimasiyası aparsalar da, həmin şəxs sonradan vəfat edib”,…
Daha çoxDay: February 1, 2025
Hərbi İdarəetmə İnstitutunun Xarici dil mərkəzində buraxılış mərasimi olub
[ad_1] Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda Xarici dil mərkəzinin, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının təşkilatçılığı ilə keçirilən intensiv ingilis dili kursları yekunlaşıb. SİA xəbər verir ki, kursların yekunlaşması münasibətilə Hərbi İdarəetmə İnstitutunda buraxılış mərasimi keçirilib. Tədbirdə çıxış edən Milli Müdafiə Universitetinin rektorunun elm üzrə müavini, Hərbi Elmi-Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov, Birləşmiş Krallığın ölkəmizdəki səfiri Fergus Auld və Britaniya Şurasının “Britaniya Konsul” təşkilatının Azərbaycan Respublikasındakı filialının direktoru Nərgiz Hacıyeva kursu müvəffəqiyyətlə bitirən məzunları təbrik edərək onlara xidmətlərində uğurlar arzulayıblar. Kurs birinciləri yaradılan şəraitə görə Müdafiə Nazirliyinin…
Daha çoxÖtən gün 15 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
[ad_1] Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən gün ümumi çəkisi 15,8 kiloqramdan artıq narkotik vasitə, həmçinin 44 psixotrop tərkibli həb aşkar olunaraq götürülüb. SİA xəbər verir ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir. [ad_2]
Daha çoxVilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
[ad_1] Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov 2025-ci il fevral ayının 7-də Qusar rayonunda vətəndaşları qəbul edəcək. SİA xəbər verir ki, Qusar Rayon Polis Şöbəsinin inzibati binasında keçirləcək qəbulda Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayonlarının sakinləri qəbul ediləcək. “Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı fevralın 6-dək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər. Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur”, – məlumatda vurğulanıb. [ad_2]
Daha çoxFevralın ilk gününə olan faktiki hava açıqlanıb
[ad_1] Ölkə ərazisində hava şəraiti yağmursuz keçib. SİA xəbər verir ki, fevralın 1-i saat 10:00-a olan məlumata əsasən, Sumqayıt, Binə, Quba, Yevlax, Zərdab, İmişli, Sabirabad, Cəfərxan, Biləsuvar, Şəmkir, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200 metrədək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvanda və dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb. [ad_2]
Daha çoxMilli Kitabxanada Gənclər Günü ilə bağlı virtual sərgi istifadəçilərə təqdim olunub
[ad_1] Milli Kitabxanada “2 Fevral – Gənclər Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub. SİA xəbər verir ki, virtual sərgidə rəsmi sənədlər, dövlətin gənclər siyasəti, gənclərdə milli ruh, COP29-a töhfə verən könüllü Azərbaycan gəncləri, ən böyük gənclər festivalı “Yay Fest”, Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi və s. haqqında dövri mətbuatda çap olunan məqalələr, gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında rolundan bəhs edən və Milli Kitabxananın fondunda mühafizə olunan Azərbaycan və xarici dillərində ədəbiyyatlar nümayiş olunur. Qeyd olunub ki, əlamətdar…
Daha çoxCinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb
[ad_1] Yanvarın 31-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. SİA xəbər verir ki, axtarışda olduğuna görə ümumilikdə 62, o cümlədən borclu şəxs qismində axtarışda olan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb. [ad_2]
Daha çoxƏdliyyə naziri Astarada vətəndaşları qəbul edib
[ad_1] Ədliyyə naziri Fərid Əhmədov Astara şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. SİA xəbər verir ki, qəbulda Astara, Lənkəran, Masallı, Lerik və Yardımlı rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib. Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib. [ad_2]
Daha çoxSOCAR ilk dəfə quru sahədə aeroqravimetrik tədqiqat işlərinə start verib
[ad_1] Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Böyük Britaniyanın tanınmış “Metatek” şirkəti ilə əməkdaşlıq çərçivəsində ilk dəfə quru sahəsində aeroqravimetrik tədqiqat işlərinə start verib. SİA xəbər verir ki, bu üsul geniş ərazilərdən qısa zamanda yüksək dəqiqliklə məlumat əldə etməyə imkan yaradır. Bu çərçivədə dünyada məşhur “LockheedMartin” şirkətinin ən son eFTG texnologiyası tətbiq olunacaq, həmçinin maqnetik ölçmələr və LiDAR texnologiyası vasitəsilə relyefin 3D modeli əldə ediləcək. Əldə olunan nəticələr ölkəmizin yeraltı süxurları və strukturları haqqında daha müfəssəl məlumat toplamağa, habelə neft-qaz və digər təbii sərvətlərin aşkarlanmasına imkan yaradacaq. [ad_2]
Daha çoxİrəvanda ictimai nəqliyyatdakı qiymət artımına görə boykot aksiyası başlayıb
[ad_1] Bu gün İrəvan əhalisi ictimai nəqliyyatdakı qiymət artımına etiraz əlaməti olaraq boykot aksiyasına başlayıb. SİA xəbər verir ki, aksiyaya şəhərin Ağsaqqallar Şurasının üzvlərindən ibarət “Anamız Ermənistan” fraksiyası, Parlamentin “Ermənistan” fraksiyasından olan deputatı Qarnik Danielyan, eləcə də şəhərin keçmiş meri Ayk Marutyan da qoşulacaq. Qeyd edək ki, Ağsaqqallar Şurasının qərarı ilə İrəvan ərazisində ictimai nəqliyyatın qiyməti 100 dramdan 150 drama qaldırılıb. [ad_2]
Daha çox