Gənclər Gününə həsr olunan ağacəkmə aksiyası keçirilib

[ad_1] Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində Azərbaycan Gəncləri Gününə həsr olunan ağacəkmə aksiyası keçirilib. SİA xəbər verir ki, qurum rəsmilərinin və əməkdaşlarının, Gənclər evləri və QHT nümayəndələrinin, eyni zamanda könüllülərin iştirakı ilə keçirilən aksiya çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib. Ağacəkmə aksiyasının keçirilməsində məqsəd yaşıllıq sahələrinin artırılmasını təşviq etmək, ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmini və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir. [ad_2]

Daha çox

Daha bir israilli girov qaytarıldı

[ad_1] Qəzza zolağında girovların mübadiləsi çərçivəsində azad edilən 65 yaşlı İsrail və ABŞ vətəndaşı Kit Siqal İsrail ərazisinə aparılıb. SİA xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. “Azad edilən girov Kit Siqal İsrail Müdafiə Qüvvələrinin müşayiəti ilə İsrail ərazisinə gəlib”, – bəyanatda deyilir. BQXK maşınları girovu hərbçilərə təhvil vermək üçün onu İsrail Müdafiə Qüvvələrinin olduğu yerə çatdırıb. [ad_2]

Daha çox

Türkiyənin Azərbaycandakı yeni səfiri səlahiyyətlərinin icrasına başlayıb

[ad_1] Türkiyənin Azərbaycandakı yeni səfiri Birol Akgün fevralın 1-dən səlahiyyətlərinin icrasına başlayıb. SİA xəbər verir ki, bu barədə Türkiyən Azərbaycandakı səfirliyi rəsmi “X” hesabında məlumat yayıb. Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 31-də Birol Akgünün etimadnaməsinin surətini qəbul edib. Xatırladaq ki, yanvarın 10-da Prezident Rəcəb Tayyib Ərdoğanın qərarına əsasən, Birol Akgün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Bundan əvvəl Türkiyənin Azərbaycandakı səfiri vəzifəsini Cahit Bağçı icra edib. Onun 2024-cü il dekabrın 14-də Azərbaycanda diplomatik fəaliyyət müddəti başa çatıb. [ad_2]

Daha çox

Ötən il Azərbaycanda könüllü sığorta 14%, icbari sığorta isə 2% artıb

[ad_1] 2024-cü ildə Azərbaycanda könüllü sığorta növləri üzrə 1 milyard 11.3 milyon manat, icbari sığorta növləri üzrə 341 milyon 856 min manat sığorta haqqı toplanılıb. SİA xəbər verir ki, 2023-cü illə müqayisədə könüllü sığorta növləri üzrə toplanan sığorta haqqları 13.9% və ya 123 milyon 196 min manat, icbari sığorta növləri üzrə sığorta daxil olmaları isə 2.2% və ya 7 milyon 423 min manat artıb. Qeyd edək ki, hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği illik müqayisədə 27.9% artaraq 613 milyon 16 min manat, icbari sığorta növləri üzrə ödənişlərin həcmi…

Daha çox

Azərbaycan Gənclər Günü Özbəkistanda qeyd olunub

[ad_1] Gənclər Günü münasibətilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin əməkdaşları, ölkənin elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, ictimaiyyətin nümayəndələri, tələbələr iştirak ediblər. Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev əsası 1997-ci ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan Gənclər Günü haqqında məlumat verib, həm Azərbaycanda, həm də Özbəkistanda gənclərin dövlətin böyük diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib. Səfir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlardan, dövlət başçısının gənclərə qayğısından danışıb, son illərdə onların…

Daha çox

Babək prospektində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub

[ad_1] Nizami rayonu, Babək prospektində (“Baku Medical Plaza”nın yaxınlığında) aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır. SİA xəbər verir ki, təmir işləri ilə bağlı yol ötürücüsünün üzərindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə yenidən məhdudiyyət qoyulub. Nəqliyyatın hərəkəti köməkçi yolla təşkil edilib. [ad_2]

Daha çox

İnkişafın, inancın və irəliyə doğru addımın simvolu

[ad_1] “Gənclər cəmiyyətin dinamik qüvvəsidir və onların inkişafı bir millətin gələcəyini formalaşdırır. Hər bir dövrün inkişafı, dəyişməsi və tərəqqisi məhz gənc nəsillərin enerjisi və yenilikçi baxışları ilə mümkün olmuşdur. Bu gün elmin, texnologiyanın və mədəniyyətin ön cəbhəsində gənclər dayanır, onların ideyaları və səyləri dünyanı dəyişməyə davam edir”. Bu sözləri SİA-ya açıqlamasında İRƏLİ İctimai Birliyinin sədri Şahin Rəhmanlı deyib. O bildirib ki, ancaq gəncliyin təkcə biliyə deyil, həm də inama və cəsarətə ehtiyacı var: “Çünki xəyallar qanad kimidir – gənclər yalnız onlara güvəndikdə zirvələrə uça bilərlər. Zamanın özü belə gəncliyin enerjisi…

Daha çox

“Dumanlı hava şəraitinin fevralın 3-ü gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir”

[ad_1] Əvvəlcədən proqnozlaşdırıldığı kimi hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur. Yer səthində gündüz saatlarında havanın temperaturunun nisbətən yüksək olması, gecə saatlarında isə yerüstü təbəqədə səthin soyuması nəticəsində inversiya dumanı formalaşır. SİA xəbər verir ki, bu fikirləri ekologiya və təbii sərvərlər nazirinin müavini Umayra Tağıyeva deyib. O qeyd edib ki, ötən günlərdə havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 16 dərəcə isti qeydə alınıb: “Ötən gün iqlim normasından 6.7 dərəcə yüksək olub. İqlim normasından yüksək temperatur rejimi regionlarda da qeydə alınır. Əsasən sakit küləksiz havada həm də inversiya qatının…

Daha çox

Gənclərin Xalq artist Hacı İsmayılovla görüşü keçirilib

[ad_1] Mədəniyyət Nazirliyi, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə gənclərin Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılovla görüşü keçirilib. SİA xəbər verir ki, “Heydər Əliyev və mədəniyyət” mövzusunda keçirilən tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Ulu Öndərin siyasi fəaliyyətindən, müasir və müstəqil Azərbaycan dövlətinin keçmişindən və bu günündən söhbət açıb, Heydər Əliyevin daxili və xarici siyasətinin əhəmiyyətindən danışıb. Daha sonra Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Hacı İsmayılov Azərbaycan gəncliyinin bugünkü uğurlarını qeyd edərək, Heydər Əliyevin gənclərə hər…

Daha çox

Sabah hava şəraiti əsasən yağmursuz keçəcək

[ad_1] Azərbaycanda fevralın 2-nə gözlənilən hava proqnozu açıqlanıb. SİA xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman və zəif çiskin olacağı ehtimalı var. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 1-6°, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 millimetr civə sütunu, nisbi rütubət isə 70-80 faiz təşkil edəcək. Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Arabir duman olacağı, şərq küləyinin əsəcəyi…

Daha çox