Bakıda 41 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

[ad_1] Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Telman Kəlbiyev küçəsində kanalizasiya xəttinin çəkilməsi ilə əlaqədar fevralın 3-dən işlər yekunlaşanadək T.Kəlbiyev və Zəngəzur küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. SİA xəbər verir ki, məhdudiyyətlə əlaqədar, 41 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək. Avtobuslar N.Mustafayev, G.Ramazanov, F.Qurbanlı və Xanqızı küçələri ilə keçməklə Araz küçəsinədək hərəkət edəcək. [ad_2]

Daha çox

Ermənistanda mis-molibden kombinatının işçiləri maaşlarının artırılmasını tələb edirlər

[ad_1] Ermənistanda Zəngəzur mis-molibden kombinatının işçiləri artıq ikinci gündür ki, əməkhaqqının 50 % artırılması tələbi ilə aksiya keçirirlər. SİA xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. Ermənistanın mədənçilər, metallurqlar və zərgərlərin həmkarlar ittifaqları respublika birliyinin sədri Eduard Paxlevanyan müəssisəyə gələrək bildirib ki, işçilər kombinatın rəhbərliyinə öz tələbləri barədə məlumat verməyib və tətil edəcəkləri ilə bağlı xəbərdarlıq etməyiblər. “İndi biz bu işçilərin şirkət rəhbərliyi ilə görüşünü təşkil etmək istəyirik. Əgər rəhbərlər imtina etsə, biz işçilərə tətilin qanuni sayılması üçün hansı tələblərin yerinə yetirilməli olduğunu izah edəcəyik”, – o əlavə…

Daha çox

Polis Bərdədə əməliyyat keçirib, qaçaqmalçılıqla narkotik gətirənlər saxlanılıb

[ad_1] Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Elcan Mirzəyev və Əhməd Əhmədzadə saxlanılıblar. SİA xəbər verir ki, həmin şəxslərə məxsus 5 kiloqram marixuana aşkarlanaraq götürülüb. Onlar əvvəlcədən əlbir olaraq narkotiki İrandan qaçaqmalçılıq yolu ilə ölkəyə gətiriblər və Bərdə rayonunda satışını təşkil etməyi planlaşdırıblar. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir. [ad_2]

Daha çox

Çində Yeni il qala-konsertində robotlar da rəqs edib

[ad_1] Çin Mərkəzi Televiziyasının (CCTV) Çin Yeni ili və ya yaz festivalı münasibətilə təşkil etdiyi qala-konsertdə insanabənzər robotlar maraqlı rəqs nömrəsi təqdim edib. SİA xəbər verir ki, Çinin “Unitree” şirkətinin istehsalı olan 16 robot bir o qədər rəqqas qızla birlikdə səhnəni bölüşüblər. Ənənəvi Çin rəqsi olan “Yankgko”nu ifa edən robotlar rəqsin bütün elementlərinin, habelə yaylıq fırlatmanın öhdəsindən gəliblər. Bununla “Fuxi” adlı robotlar ənənəvi incəsənət ilə texnologiyanın nailiyyətlərini birləşdirməyi bacarıblar. İstehsalçı şirkətin nümayəndəsi bildirib ki, robotların hazırlanmasında süni intellektdən (AI) istifadə olunub. Hər birinin hündürlüyü 1,8 metr, çəkiləri 47 kiloqram olan…

Daha çox

Bakıda III Beynəlxalq keramika duet-simpoziumu keçirilir

[ad_1] Bakıda III Beynəlxalq keramika duet-simpoziumu keçirilir. Simpoziumda Azərbaycanın tanınmış keramikaçısı və heykəltaraşı Mir Teymur Məmmədov və britaniyalı keramikaçı İrina Denev iştirak edirlər. SİA xəbər verir ki, fevralın 3-də heykəltaraşlar öz əsərlərini Bakıda geniş ictimaiyyətə təqdim edəcəklər. Layihənin müəllifi Mir Teymur Məmmədovdur. İlk iki simpozium çərçivəsində Bakıya Qazaxıstan və Moldovadan keramikaçılar – Artyom Qorislavets və Valentin Rusu gəliblər. Simpoziumun əsas ideyası təcrübə mübadiləsi və ünsiyyətdir. İrina Denev ilk dəfədir ki, Azərbaycandadır. Bakının, xüsusən də onun tarixi hissəsi olan İçərişəhərin gözəlliyi onu heyran edir. “İçərişəhər məni heyran edir. Böyük bir müasir…

Daha çox

Almaniyanın doqquzuncu Prezidenti Horst Köhler vəfat edib

[ad_1] Almaniya Federativ Respublikasının doqquzuncu Federal Prezidenti Horst Köhler 81 yaşında vəfat edib. SİA xəbər verir ki, sabiq Prezident ağır xəstəlikdən dünyasını dəyişib. Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Horst Kohlerin vəfatı ilə bağlı həyat yoldaşına göndərdiyi başsağlığı məktubunda bildirib: “Ölkəmiz üçün və dünyada böyük xidmətləri olan çox nüfuzlu və son dərəcə sevilən bir insanı itirdik”. Qeyd edək ki, 1943-cü ildə Polşanın Skierpiszov qəsəbəsində doğulan Hörst Köhler 2004-cü il mayın 23-də Xristian Birlik partiyalarının (CDU/CSU) və Azad Demokrat Partiyasının (FDP) namizədi kimi Almaniyanın doqquzuncu Prezidenti seçilib. O, 2009-cu il mayın 24-də ikinci…

Daha çox

Sankt-Peterburqda polis maşınının iştirakı ilə baş verən qəzada bir nəfər ölüb

[ad_1] Rusiyanın Sankt-Peterburq şəhərində biri polis maşını olmaqla üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb. “Bu gün saat 08:41-də baş vermiş qəza nəticəsində xəsarət alanlar var”, – mətbuat xidməti bildirib. Yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, beş nəfər xəsarət alıb. Qəzanın təfərrüatları araşdırılır. Sankt-Peterburq Prokurorluğunun “Telegram” kanalında qeyd olunduğu kimi, hüquq-mühafizə orqanları tərəfindən yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan prosessual yoxlamanın gedişatı və nəticələri nəzarətdə saxlanılır. [ad_2]

Daha çox

Riad Məmmədov “Evidence” fransız leyblində iki albom buraxır

[ad_1] Azərbaycanlı və rusiyalı pianoçu, bəstəkar Riad Məmmədov Fransanın “Evidence” leyblində “East of Eden” adlı iki albom buraxır. SİA xəbər verir ki, tanınmış pianoçu və bəstəkar Riad Məmmədovun yeni layihəsi “East of Eden” və “East of Eden II” adlı iki orijinal bəstəni ehtiva edən albomdan ibarətdir. Albomlar müasir akademik və orijinal musiqi üzrə ixtisaslaşan fransız leybl “Evidence”də buraxılır. Buraxılışa dəstək olaraq fevral ayında Moskva və Sankt-Peterburqda konsertlər keçiriləcək. “East of Eden” layihəsi Riad Məmmədovun Şərq intibahının irsi və onun Qərb musiqi ənənəsi ilə üst-üstə düşməsi üzərində uzun illər davam edən…

Daha çox

Şimal bölgəsində bir gündə 8 min ağac əkilib

[ad_1] Bu gün Quba, Qusar, Xaçmaz və Şabran rayonlarında 8 mindən artıq ağac əkilib. SİA xəbər verir ki, meşəbərpa tədbirləri açıq və seyrək ərazilərdə keçirilib. Qubadakı ağacəkmə aksiyası ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Quba rayon icra hakimiyyətinin başçısı İlqar Mahmudov, Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə, Meşələrin İnkişafı Xidmətinin və regional ekologiya idarələrinin əməkdaşlarının iştirakı ilə baş tutub. Meşəbərpa tədbirləri zamanı ümumilikdə 8 mindən artıq palıd, cökə, Eldar şamı və qoz tingi əkilib. 5 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Elvin Baxışov bildirib ki, Quba rayonunun Xucbala kəndi yaxınlığında…

Daha çox