“Avroviziya” təmsilçimizin adı bu tarixdə açıqlanacaq

[ad_1] “Avroviziya 2025” təmsilçimizin kimliyi fevralın 4-də bəlli olacaq. SİA xəbər verir ki, İTV bununla bağlı məlumat yayıb. “Azərbaycanın musiqi dünyasının səkkiz peşəkarı və xarici musiqi nümayəndələri tərəfindən tam şəffaf və ilk dəfə anonim şəkildə səsvermə keçirilib. Münsiflər heyətinin siyahısında məşhur repçi Elşad Xose, “Avroviziya 2017” təmsilçimiz Diana Hacıyeva, “Avroviziya 2009” təmsilçimiz Aysel Teymurzadə, DJ və prodüser Heydər, Xalq artisti Faiq Sücəddinov, Əməkdar artisti Rain Sultanov, aparıcı və İctimai Radionun Direktoru DJ Fateh, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş Direktoru Balakişi Qasımov yer alıblar. 154 mahnı arasından seçilmiş 12…

Daha çox

Çin bir ay müddətinə BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək

[ad_1] BMT Təhlükəsizlik Şurasına sədrlik bir ay müddətinə Çinə keçib. Yanvarda təşkilata Əlcəzair sədrlik edib. SİA xarici mediaya istinadla xəbər verir ki, BMT Təhlükəsizlik Şurası üzvlərinin fevralda keçiriləcək iclaslarının mövzularından biri Yaxın Şərqdəki vəziyyət olacaq. Ümumilikdə, ay ərzində BMT Təhlükəsizlik Şurası təxminən iyirmi açıq iclas və qapalı məsləhətləşmələr keçirəcək. Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 15 üzvdən, o cümlədən 5 daimi üzvdən – Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransadan ibarətdir. Təhlükəsizlik Şurasında təmsil olunan dövlətlər öz işinə növbə ilə ingilis dilinin əlifba sırası ilə rəhbərlik edirlər. Ölkənin Təhlükəsizlik Şurasına…

Daha çox

Bu ölkə Fransadan təzminat tələb edir

[ad_1] Əlcəzairdə Fransa müstəmləkəçiliyini cinayət sayan qanun layihəsinin qəbul edilməsinin vaxtı çatıb. SİA ölkə mediasına istinadən xəbər verir ki, bunu Əlcəzair Parlamentinin aşağı palatası olan Milli Xalq Məclisinin spikeri İbrahim Buğali bildirib. Buğali ölkəsinin son vaxtlar nüfuzuna və imicinə zərər vurmağa yönəlmiş davamlı hücumlara məruz qaldığını və buna cavab olaraq müstəmləkəçiliyin kriminallaşdırılması barədə qanun layihəsini yenidən müzakirəyə təqdim etməyin vaxtının çatdığını deyib. “Biz müdafiə mövqeyində qalmamalıyıq. Artıq hücum etmək vaxtıdır. Əlimizdə Əlcəzairin imicini müdafiə etmək üçün bütün sənədlər və dəlillər var. Dünənki düşmən elə hesab edir ki, Əlcəzair hələ də…

Daha çox

Ledi Qaqa ana olmaq istəyir

[ad_1] Ledi Qaqa nişanlısı Maykl Polanskidən uşaq sahibi olmaq istəyir. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu haqda müğənniyə yaxın mənbəələr məlumat verib. Qaqanın paylaşdığı fotolara yazdığı sözlər pərəstişkarlarını həyəcanlandırıb: “Bəzən düşünürəm ki, insanlar məni darıxdırıcı görəcəklər. Çünki həyatı önəmsəmədən yaşayırdım. Belə yaşamağa davam etsəm başıma nə gələcəyini bilmirdim. Amma əslində Allaha çox minnətdaram. Çünki həqiqətən mənim olan xoşbəxtlik və sevinc hissini nəhayət ki, tapdım” deyə müğənni bildirib. [ad_2]

Daha çox

Ağ ev Tramp-Netanyahu görüşünü təsdiqləyib

[ad_1] ABŞ Prezidenti Donald Tramp fevralın 4-də Ağ evdə İsrailin Baş naziri Binyamin Netanyahunu qəbul edəcək. SİA xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Ağ evin mətbuat katibi Karolin Levitt deyib. Bununla da Ağ evin rəsmisi iki lider arasında gözlənilən görüş barədə İsrail tərəfinin məlumatını təsdiqləyib. Qeyd edək ki, bundan əvvəl İsrailin “Kan” dövlət televiziyası Netanyahunun fevralın 2-də Vaşinqtona uçacağını, fevralın 4-də isə Trampla görüşəcəyini bildirmişdi. [ad_2]

Daha çox

Myanmada fövqəladə vəziyyət rejimi altı ay uzadılıb

[ad_1] Myanma hakimiyyəti ölkədə fövqəladə vəziyyət rejimini altı ay uzadıb. SİA xəbər verir ki, bu barədə respublikanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasının yekununa dair qərarda bildirilir. Sənədə əsasən, Təhlükəsizlik Şurasının üzvləri fövqəladə vəziyyətin müddətinin daha altı ay uzadılması barədə yekdilliklə qərar qəbul ediblər. [ad_2]

Daha çox

ABŞ helikopter uçuşlarını qeyri-müəyyən müddətə məhdudlaşdırıb

[ad_1] ABŞ Federal Mülki Aviasiya Administrasiyası (FAA) Reyqan Milli Hava Limanı yaxınlığında helikopter uçuşlarını qeyri-müəyyən müddətə məhdudlaşdırıb. SİA xarici mediaya istinadən xəbər verir ki, bu qərar “American Airlines” aviaşirkətinin sərnişin təyyarəsi ilə “Black Hawk” hərbi helikopterinin toqquşması və nəticədə 67 nəfərin ölümü ilə nəticələnən qəzadan sonra verilib. Yalnız hava limanı və yaxınlıqdakı körpülər arasında uçmasına icazə verilən polis və tibbi helikopterlərə istisna tətbiq edilir. [ad_2]

Daha çox

Makron nazirlərinin ümumi sayını hesablamağı öhdəsinə götürüb

[ad_1] Ölkədə qeyri-sabitlik hələ də davam edir və Fransua Bayrounun rəhbərlik etdiyi administrasiyanın senzurası əlavə yeni nazirlərin təyin edilməsinə səbəb ola bilər. Ancaq bütün bunlara baxmayaraq, “42mag.fr” portalı son səkkiz il ərzində Emmanuel Makron nazirlərinin ümumi sayını hesablamağı öhdəsinə götürüb. SİA xəbər verir ki, “42mag.fr” portalının məlumatına əsasən, V Respublika dövrü ərzində Makron nazirlərinin sayı ilə rekord vurub. 2017-ci ildə ilk dəfə seçiləndən bəri onun 158 naziri olub. Bu hesablama digər siyasətçilər tərəfindən də aparılıb. Respublikaçılar partiyasından olan Senatın sədri 160 nazir olduğunu deyərək, daha iki naziri əlavə edib. Hesablamalara…

Daha çox

Məşhur aktisa sağalmaz xəstəliyə tutuldu

[ad_1] 80-ci illərdə “Yeşilçam”ın ulduzlarından olan Sevtap Parmanın “Alzimer” xəstəsi olduğu ortaya çıxıb. SİA xarici mətbuata uatsinadən xəbər verir ki, Hakan Ural, İbrahim Tatlısəs, Kadir İnanır, Yalçın Dümer, Tarık Akan, Cüneyt Arkın kimi bir çox adla böyük ekranlarda rol alan Sevtap Parmandan sevənlərinə acı xəbər gəlib. Bildirilib ki, 2011-ci ildə aktyorluğu qoyub, dükan açıb dolanışığını təmin edən Parman anasının ölümündən sonra psixi pozğunluq keçirərək bu xəstəliyə yoluxub. Bacısı tərəfindən qocalar evinə yerləşdirilən Sevtap Parmanda “Alzheimer” diaqnozu qoyulub. [ad_2]

Daha çox

Almaniyada miqrantlarla bağlı vacib qərar

[ad_1] Bundestaqın yanvarın 31-də keçirilən iclasında Xristian Birlik (CDU/CSU) partiyalarının irəli sürdüyü miqrasiya siyasəti ilə bağlı qanun layihəsi səsverməyə çıxarılıb. SİA xəbər verir ki, uzun və gərgin müzakirələrdən sonra keçirilən səsvermədə Bundestaqın 733 üzvündən 693-ü iştirak edib. Qanun layihəsinin lehinə 338, əleyhinə 350 deputat səs verib, 5 nəfər isə bitərəf qalıb. Qeyd edək ki, “Axını məhdudlaşdırma qanunu” Almaniyaya miqrant axınının məhdudlaşdırılmasını, ölkəyə mühacirət etmiş şəxslərin ailə üzvlərini də gətirməsini nəzərdə tutan “ailə birləşməsi”nin dayandırılmasını və federal polisə barələrində ölkəni tərk etmək qərarı çıxarılan şəxsləri nəzarət altında tutmaq və saxlamaq səlahiyyətinin…

Daha çox