… “Müharibə uşağı” statuslu Nalçik sakini 87 yaşlı təqaüdçünü döyərək boğub.
SİA-nın məlumatına görə, bu barədə Kabardin-Balkar Respublikası üzrə İstintaq Komitəsinin mətbuat xidməti özünün Telegram kanalında yazıb.
Hadisə yanvarın 30-da, Aşurova küçəsi yaxınlığındakı parkda baş verib.
2001-ci il təvəllüdlü yerli sakin alkoqol və narkotik vasitələrindən sərxoş vəziyyətdə qadına hücum edərək ona “əl və ayaqları ilə çoxsaylı zərbələr” vurub.
Həmin şəxsə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “b” və “d” bəndləri ilə cinayət işi açılıb.
Şöbədən bildirilib ki, dindirilmə zamanı şübhəli şəxs törətdiyi cinayəti etiraf edərək, qətli törətməkdə heç bir motivinin olmadığını bildirib. Cinayət işi üzrə sübut bazasının toplanması və təmin edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qurban keçmiş peşəkar idmançı və SSRİ-nin əməkdar alpinistidir. O, sağlam həyat tərzi keçirib və hər səhər gəzintiyə çıxırmış.
Təcavüzkar marjinal həyat tərzi keçirib və heç bir yerdə işləmirmiş.
Əli Babayev