Fevralın ilk gününə olan faktiki hava açıqlanıb


Ölkə ərazisində hava şəraiti yağmursuz keçib. SİA xəbər verir ki, fevralın 1-i saat 10:00-a olan məlumata əsasən, Sumqayıt, Binə, Quba, Yevlax, Zərdab, İmişli, Sabirabad, Cəfərxan, Biləsuvar, Şəmkir, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvanda və dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.

Əlaqəli Xəbərlər