[ad_1] Bu barədə Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib Türkiyənin Qəzza sakinləri üçün hazırladığı 24 ton humanitar yardım dünən İordaniyaya çatıb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib. Bəyanatda bu ifadələrə yer verilib:”Qəzzalı qardaşlarımız üçün hazırlanan 24 ton humanitar yardım Hərbi Hava Qüvvələri Komandanlığımıza aid A400M təyyarəsi ilə İordaniyanın Marka Beynəlxalq Hava Limanına çatdırılıb”. Bütün xəbərlər Facebook səhifəmizdə [ad_2]
Daha çoxDay: January 31, 2025
“Xalqımızda pulu başqa valyutada saxlamaq vərdişi var”
[ad_1] İqtisadçı Akif Nəsirli valyuta məzənnələrinin perspektivi ilə bağlı fikirlərini SİA ilə bölüşüb. İqtisadçı hazırda ən perspektivli valyutalardan bəhs edib: “Dünyada hazırda ən populyar iki valyuta dollar və avrodur. Funt sterlinq də ciddi stabilliyə malikdir. Bu üç valyutadan daha perspektivlisi avrodur, amma dollar və funt sterlinq də ondan zəif deyil”. Akif Nəsirli banklara etibarın azaldığını vurğulayıb: “Təəssüflər olsun ki, xalqımızda pulu başqa valyutada saxlamaq vərdişi var. Bu vərdiş əslində çox ziyanlıdır. Ölkədə banklara, bank kartlarına, əmanətlərə etibar azalıb. Son 20 ildə ölkə daxilində maliyyələşmə sferasında baş verənlər təəssüf ki bu…
Daha çoxGənclər Azərbaycanın inkişafına öz töhfələrini verməkdədir
[ad_1] Azərbaycanın müstəqillik yolu boyunca gənclər hər zaman dövlətimizin əsas diqqət mərkəzində olub. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Bu siyasət gənclərin sosial, intellektual və mədəni inkişafını təmin etməklə yanaşı, onların ölkəmizin gələcəyi naminə aparıcı qüvvəyə çevrilməsinə şərait yaratmışdır. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir.” Bu dərin fikirlər gənclərimiz üçün bir yol xəritəsi kimi…
Daha çoxSon 20 ildə I texniki dərəcəli avtomobil yollarının uzunluğu 2000 km artıb
[ad_1] Azərbaycanda işğaldan azad edilmiş ərazilərdə tikintisi başa çatmış avtomobil yolları da nəzərə alınmaqla, son 20 ildə I texniki dərəcəli avtomobil yollarının uzunluğu 2 002 kilometr və ya 12 dəfəyədək artıb. Bu barədə SİA Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir. Bildirilib ki, 2004-cü ildə ölkədə I texniki dərəcəli avtomobil yollarının ümumi uzunluğu 187 kilometr təşkil edirdi. Hazırda I texniki dərəcəli avtomobil yollarının ümumi uzunluğu 2189 km təşkil edir. Ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin bir hissəsini təşkil edən Şimal-Cənub və Şərq-Qərb (İpək yolu) magistral avtomobil yolları birinci texniki…
Daha çoxMilli Məclis hibrid təhdid halları ilə bağlı təhlillər aparır
[ad_1] Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası öz səlahiyyətləri çərçivəsində mütəmadi olaraq hibrid təhdid halları ilə bağlı təhlillər aparır. SİA xəbər verir ki, araşdırmalar zamanı Azərbaycan informasiya məkanına qonşu ölkələrdən biri tərəfindən əlaqələndirilmiş şəkildə dezinformasiya və informasiya manipulyasiyası formasında müdaxilələrin edildiyi məlum olub. Qeyd edilib ki, manipulyativ və koordinə edilmiş təbliğatın əsasən sosial media platformaları üzərindən və müxtəlif dillərdə aparıldığı, o cümlədən ictimai rəyə birbaşa təsir etmək məqsədilə Azərbaycan dilində də xəbər tipli resursların yaradıldığı faktları müəyyən olunub. Komissiyanın açıqlamasında bildirilib ki, kampaniyada “Facebook” platformasının Azərbaycan…
Daha çoxAzərbaycan gəncləri nə istəyir?
[ad_1] 2 fevral Gənclər Günü 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Bu, Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər Günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Azərbaycanda hər il Gənclər Günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər. SİA mövzu ilə bağlı Azərbaycan gəncləri nə istəyir?, gənclərin dünyagörüşü və savadı sizi qane…
Daha çoxDövlət Vergi Xidmətinə inzibati şikayətlər 36 % azalıb
[ad_1] Ötən il İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) inzibati şikayətlər üzrə ümumilikdə 9 687 müraciət daxil olub ki, bu da 2023-cü illə müqayisədə 35,9 % azdır. SİA bu barədə DVX-ya istinadən xəbər verir. Məlumata görə, mübahisələndirilən məsələlərlə bağlı daxil olan ilk müraciətlərin (faktiki müraciətlər) sayı 2023-cü ilə nisbətən 34,3 % azalaraq 7 153 təşkil edib. Faktiki müraciətlərin 94 %-dən çoxu kameral vergi yoxlamaları, qalanları isə səyyar vergi yoxlamaları, operativ vergi nəzarəti və digər kateqoriyalı şikayətlərlə bağlı olub. Kameral vergi yoxlamaları üzrə daxil olmuş faktiki müraciətlərin böyük hissəsi məcburi…
Daha çoxAİ-nin Ermənistan-Azərbaycan şərti sərhədində avantürst addımları davam edir
[ad_1] Ermənistanda müşahidə missiyasını 2027-ci ilə qədər uzadan Avropa İttifaqının (Aİ) Azərbaycanla şərti sərhəddə avantürst addımları davam edir. SİA-nın əldə etdiyi görüntülərdən aydın olur ki, Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşdirilən Aİ-nin müşahidə missiyasının üzvləri binoklla Azərbaycan ərazilərini müşahidə edir. Kadrlardan da görünür ki, əraziyə yaxınlaşan missiya üzvləri müzakirələr aparırlar. Azərbaycan tərəfi missiyanın fəaliyyətini diqqətlə izləyir. Qeyd edək ki, missiya ilə bağlı dəfələrlə Azərbaycan tərəfi narazılığını bildirib, onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib. [ad_2]
Daha çox“Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb”
[ad_1] Gənclər hər bir dövlətin, millətin gələcəyidir. Gələcək uğurlarını təmin etmək istəyən hər bir dövlət gənclərinə diqqət göstərməlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ən həssas yanaşdığı mövzulardan biri gənclərdir. Ölkədə gənclərin inkişafı, sosiallaşmağı fonunda mühüm addımlar həyata keçirilir. SİA dövlətin gənclər siyasəti və gənclərə qarşı göstərilən diqqətlə bağlı gənclərin fikirlərini öyrənib. ATGTİ-nin Mətbuat Katibi Fidan Əzizova: “Azərbaycanda gənclərə göstərilən diqqət və qayğı dövlət siyasətinin strateji istiqamətlərindən biridir. Gənclərin intellektual, sosial və mədəni inkişafını təmin etmək məqsədilə müxtəlif proqramlar və institusional mexanizmlər tətbiq olunur. Təhsil, elm, innovasiya və məşğulluq sahələrində gənclərin…
Daha çoxİnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb
[ad_1] İnsult keçirən Xalq artisti Fatma Mahmudovanın səhhəti yaxşılaşıb, palataya köçürülüb. Bu barədə SİA-ya aktrisanın qızı Nigar Tofiq məlumat verib. Onun sözlərinə görə, anası artıq palata şəraitində müalicə alır: “Yəqin ki, yaxın zamanlarda evə buraxılacaq”. Qeyd edək ki, Xalq artisti Fatma Mahmudova yanvarın 29-da insult keçirərək özəl xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib. [ad_2]
Daha çox