“Bu gün çox gözəl forum keçirilir”. SİA xəbər verir ki, bunu millət vəkili Asif Əsgərov 2 Fevral – Gənclər Gününə həsr olunmuş “Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu” da jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu forumun xüsusi önəmi var: “2 fevral Gənclər günü Respublikamızda olan bütün gənclərin bayramıdır. Ulu Öndər 1996-cı ildə Gənclər günü ilə bağlı keçirilən forumda çox gözəl çıxış edərək, gənclərə dəstəyin görülməsi ilə bağlı bir çox istiqamətdə tapşırıqlar verdi. Daha sonra 1997-ci ildə Ümummilli Lider Heydər Əliyev qərar verdi ki, hər il 2 fevral Gənclər Günü kimi qeyd edilsin. Bu zamandan başlayaraq gənclərimiz artıq 2 fevralı öz günləri kimi qeyd etməyə başladılar. Könüllülər nəcif bir iş ətrafına toplaşan gənclərdilər. Çünki onların fəaliyyəti nəticəsində ölkəmizdə keçirilən tədbirlərin daha möhtəşəm keçirilməsinə şərait yaradırlar. Ölkəmizə gələn qonaqlara Azərbaycanın milli-mənəvi dəyərlərinin tanıdılmasında və nə qədər qonaqpərvər olması ilə bağlı məlumatların verilməsi çox böyük önəm daşıyır. Ona görə də gənclərimiz fəaliyyəti bizə böyük uğur qazandırır. Gördük ki, biz istər Avropa və dünya çempionlarında, Eurovision mahnı müsabiqəsində, İslam Həmrəylik Oyunlarında, Cop-29 tədbirlərində ölkəmizin Prezidentinin həmin gənclərə yanaşmasını gördük. Bu gənclərin aktiv şəkildə o tədbirlərə qatılması çox müsbət hadisədir. Bu gün bizim sağlam düşüncəli gənclərimiz var. O gənclər ki, Azərbaycan torpaqlarını 44 günlük müharibədə Ali Baş Komandanın tapşırığı ilə 44 günlük müharibədə öz qanlarını və canlarını fəda etdilər. Onlar öz müqəddəs qanları ilə torpaqlarımızı paklaşdırdılar. Təbii ki, biz torpaqlarımızın qaytarılmasını sülh yolu ilə istəyirdik. Lakin təəssüflər olsun ki, mənfur düşmənlərimiz Azərbaycan torpaqlarını sülh siyasəti ilə verməkdən imtina etdilər. Lakin ölkə başçımızın qətiyyətli sərkərdə kimi verdiyi əmr ilə Azərbaycan xalqı öz torpaqlarını geri qaytardılar. Bizim qəhrəmanlarımız indi şəhid və qazidirlər. Biz onlarla fəxr edirik”.