Vitrində saxta qiymət: qanunla nə edək?


“Vitrində olan hər hansı məhsulun qiymətini üzərində düzgün göstərməyən bir sıra marketlər bu yolla daha çox pul əldə etmiş olur”. Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyib.

Fariz Əkbərov sözlərinə belə davam edib: “Vitrindəki qiymət ucuz olsa da kassada bunun əksini müşahidə etmək olur. Bu problem marketlərdə alıcılarla satıcılar arasında ən çox rast gəlinən mübahisə mövzusudur.

Malın satış qiymətini uyğun məbləğdə azaltmağı, onun qüsurlarının icraçının satıcının, istehsalçının hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsini, malın, həmin mala uyğun digər modelli, markalı, tipli mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini, müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb edə bilər.

Digər tərəfdən, sahibkar tərəfindən malların geri qaytarılması ilə əlaqədar istehlakçıya dəyən zərərin tam həcmdə ödənilməsi təmin edilməlidir.

İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanunun 19 cu maddəsində deyilir ki, İstehlakçıların hüquqlarının və qanuni maraqlarının dövlət müdafiəsi

19.1. Malların (xidmətlərin, işlərin) istehlakçılarının hüquqlarının və qanuni maraqlarının dövlət müdafiəsi ticarət, ictimai iaşə, məişət və digər xidmət normalarına və qaydalarına riayət olunmasına müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzarət formasında həyata keçirilir.

19.2.9. saxtalaşdırılmış malların ticarət dövriyyəsindən çıxarılmasını, bu malların istehsalı və satışı ilə məşğul olan şəxslərin müvafiq qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə cəlb edilməsini təmin edir;

19.2.10. malların (xidmətlərin, işlərin) müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi, yaxud istehsalçı tərəfindən tövsiyə olunan qiymətlərlə satılmasına nəzarət edir;

19.2.12. satıcılar tərəfindən çəkidə, qiymətdə, hesablaşmalarda aldadılması, mallar barədə yalan məlumatlar verilməsi, satış şərtlərinin pozulması barədə alıcıların müraciətlərinə baxır və şikayətlərini araşdırır, onların nəticələri üzrə müvafiq tədbirlər görür;

Həmin Qanunun 21-ci maddəsinə əsasən İstehlakçıların hüquqlarının pozulmasına görə məsuliyyət Bu Qanunun pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə Təsdiq edilmiş Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydalarının 5-ci bəndində göstərilimişdir ki,

5.7. Satıcı istehlakçıların düzgün seçim etməsini təmin etmək üçün mallar, onların istehsalçıları haqqında zəruri və düzgün məlumat verməyə borcludur. Satışa çıxarılan malların reklamı “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır.

5.10. Satışda olan mallar haqqında aşağıdakı məlumatlar müvafiq qaydada istehlakçıların nəzərinə çatdırılmalıdır:

5.10.1. malın adı, onun qiyməti;”.

Ayşən Vəli

Əlaqəli Xəbərlər