“Prezidentin uzaqgörən siyasəti Azərbaycanı vacib aktora çevirib”


“Azərbaycanın açıq dənizlərə çıxışı olmasa da icra edilmiş tranzit nəqliyyat dəhlizləri ilə beynəlxalq nəqliyyat mərkəzinə çevrilmişdir. Ölkəmizin ərazisindən keçən Şimal-Cənub və Qərb-Şərq nəqliyyat dəhlizləri ölkəmizin avroasiya regionunda əhəmiyyətini artırmışdır. Bakı Beynəlxalq Ticarət Limanının gücünün 15 milyon tondan 25 milyon tona artırılması, dəmir yolların keçiricilik gücünün artırılması istiqamətində layihələrin davam etdirilməsi, BTQ dəmir yolunun yükaşırma gücünün 1 milyon tondan 5 milyon tona artırılması ölkəmizin tranzit dəhliz imkanlarının genişlənməsinə imkanlarını artırır və iqtisadi olduğu kimi siyasi mövqelərimizi də gücləndirir”. Bu sözləri İqtisadi siyasət komitəsinin sədr müavini Azər Badamov SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, 28 yanvarda nəqliyyat məsələlərinə həll olunmuş müşavirədə dövlət başçımızın səsləndirdiyi fikirlər son 20 ildə ölkəmizdə həyata keçirilən yol-nəqliyyat infrastrukturunun yenidən qurulması ilə bağlı görülən işlərlə yanaşı qarşıdan gələn dövrdə icra olunmalı layihələrin həcminin nə qədər böyük olacağını göstərir: “Dövlət başçımızın qeyd etdiyi kimi Azərbaycanın əhalisi sürətlə artdıqca nəqliyyat problemlərinin həll olunması istiqamətində addımları vaxtında atılmasını vacib edir. Həm də beynəlxalq nəqliyyat dəhlizlərin əhəmiyyətinin artması Azərbaycana böyük bir regionda marağın artmasına gətirib çıxardır. Belə ki, ölkəmizin ərazisindən daşınan yüklərin həcmi sürətlə artmaqdadır. Bu, ərazimizdən keçən beynəxlaq dəhlizlərin genişləndirilməsini də vacib edir. Dövlət başçımızın çıxışında Zəngəzur dəhlizi ətrafında ifadə etdiyi geniş fikirlər böyük əhəmiyyət daşıyır. Belə ki, 10 noyabr 2020-ci ildə Zəngəzur dəhlizi terminini beynəlxalq leksionuna gətirdiyimizi qeyd edən dövlət başçımız bu dəhlizin açılmasının təmin olunması Ermənistanın öhdəliyi olduğunu bir daha bəyan etdi. Əlbətdə Zəngəzur Azərbaycandan qopardılaraq Ermənistana verildiyi üçün ayrılmaz hissəmiz olan Naxçıvan Muxtar Respublikası ölkəmizin əsas hissəsindən ayrı düşmüşdür. Amma Ermənistan maneəsiz keçid təmin etməklə Azərbaycandan-Azərbaycana manesiz və təhlükəsiz hərəkəti təmin etməlidir”.

Azər Badamov həmçinin bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan hakimiyyətinin məsələyə qeyri-kostruktiv yanaşması nəticəsidnə 4 ildən çox müddətdir ki, Naxçıvana manesiz yolumuz açılmamış qalmaqdadır: “Təbii ki, Azərbaycan Ermənistanı gözləmək fikrində deyil və İranla əldə olunmuş razılığa əsasən Araz çayının sol sahilindən yeni yollar çəkilməklə gedişimiz təmin olunacaqdır. Amma Zəngəzur dəhlizinin açılması bizim əsas məqsədlərimizdəndir və Ermənistan buna məcburdur. Təəssüf ki, Paşinyan sülh kəsişməsi adlandırılan yeni bir absurd alternativi üzərində beynəlxalq ictimaiyyətinin diqqətini çaşdırmağa çalışır. Amma onlar bilməlidirlər ki, Azərbaycansız heç bir regional layihənin icrası mümkün deyil və onların sülh kəsişməsi kağız parçasıdır və xəyal olaraq qalacaqdır. Bəli, Azərbaycan avtomobil və dəmir yollarını, dəniz və hava terminallarını, şəhərdaxili infrastrukturunun genişləndirilməsi və digər istiqamətlərdə geniş perspektiv layihələrinin icrasını həyata keçirəcəkdir. Bununla yanaşı Zəngəzur dəhlizinin də açılışı Avropadan Asiyaya və əks istiqamətində daşınmaların artmasına və regionumuzun dünya üçün əhəmiyyətinin daha da artmasına gətirib çıxardacaqdır. Dövlət başçımızın uzaqgörən siyasəti Azərbaycanı inkişafa və beynəxlaq səviyyədə vacib aktora çevirmişdir”.

Əlaqəli Xəbərlər