Ərazi Tikinti-Planlaşdırma Mərkəzi auditor seçir

[ad_1] Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi 2024-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib. SİA xəbər verir ki, sorğuda iştirak haqqı 46 manatdır. İddiaçılar təkliflərini fevralın 13-nə qədər Mərkəzin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 18 ünvanına təqdim edə bilərlər. Təkliflərə fevralın 13-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq. Ötən il bu tenderin qalibi “SR Audit Solutions” MMC olub. Şirkətə 5 min manat ödənilib. [ad_2]

Daha çox

“Azərbaycan xammal daşımalarında mühüm iqtisadi mərkəzdir”

[ad_1] “Məlumdur ki, yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müşavirədə çıxış edib. Bu mənada söyləmək istəyirəm ki, Azərbaycanın əhəmiyyətli beynəlxalq nəqliyyatı onun yolların qovşağında, İpək Yolu ilə Cənub-Şimal dəhlizinin üzərində yerləşməsi ölkə iqtisadiyyatı üçün nəqliyyat sektorunun strateji əhəmiyyətini artırır”. Bu sözləri SİA-ya açıqlamasında türk politoloq Hakan Aktürk deyib. Hakan Aktürk sözlərinə belə davam edib: “Azərbaycan həm də xammal daşımalarında mühüm iqtisadi mərkəzdir. 2006-cı ilin mayında 1774 kilometrlik Bakı-Tbilisi-Ceyhan Neft Kəməri fəaliyyətə başlamışdır. Bu kəmər Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçir. 2006-cı ilin…

Daha çox

Dövlətə məxsus iki gəmi hərraca çıxarılacaq

[ad_1] İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinə məxsus iki gəmini hərraca çıxaracaq. Bu barədə SİA-ya Dövlət Xidmətindən məlumat verilib. Məlumata görə, hərrac martın 4-də keçiriləcək. İnvestorlara 1987-ci ildə istehsal edilmiş “ƏLİF HACIYEV” elmi tədqiqat gəmisi (start qiyməti 295 min manat) və 1989-cu ildə istehsal olunmuş “QRADUŞİY” təchizat gəmisi (start qiyməti 20 min manat) təklif olunacaq. [ad_2]

Daha çox

Gömrük əməkdaşları peşə bayramını qeyd edir

[ad_1] Bu gün Azərbaycanda gömrükçülərin peşə bayramı günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1992-ci il yanvarın 30-da Azərbaycan Gömrük Komitəsi yaradıldı. Lakin ölkədə yaranmış gərgin siyasi vəziyyət gömrük xidmətinin fəaliyyətinə də öz təsirini göstərirdi. SİA xəbər verir ki, 1993-cü ilin ikinci yarısından etibarən Azərbaycanda gömrük işinin təkmilləşdirilməsi, gömrük orqanlarının maddi-texniki və normativ-hüquqi bazasının möhkəmləndirilməsi, ümumdünya gömrük sisteminə inteqrasiyası istiqamətində uğurlu addımlar atılıb. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın iqtisadi təhlükəsizliyinin qorunmasının və daha da möhkəmləndirilməsinin əsas istiqamətlərindən birini yüksəksəviyyəli gömrük xidmətinin yaradılmasında görürdü. Məhz Ulu Öndərin uzaqgörən siyasəti,…

Daha çox

Azərbaycanda dənizçilərin yekun imtahanları Dövlət Agentliyində keçiriləcək

[ad_1] Dövlət Dəniz və Liman Agentliyində (DDLA) aparılan islahatların tərkib hissəsi olaraq xüsusi hazırlıq şəhadətnamələrinin verilməsi, yenilənməsi, eləcə də sıravi heyət hazırlığı üzrə yekun imtahanlar mərkəzləşdirilmiş qaydada Agentlikdə keçiriləcək. SİA Agentliyə istinadən xəbər verir ki, sıravi heyət hazırlığı üzrə yekun imtahanlar fevralın 5-də, xüsusi hazırlıq şəhadətnamələrinin verilməsi və yenilənməsi üzrə imtahanlar isə martdan Agentlikdə təşkil olunacaq. “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyanın (DHDNÇ) A-I/11-ci bölməsinin 1-ci və 3-cü bəndlərinin tələblərinə uyğun olaraq dənizçilərin xüsusi hazırlıq şəhadətnamələrinin yenilənməsi, əvvəlki prosedurlarından fərqli olaraq, təlimlərə qatılmadan birbaşa Agentlik…

Daha çox

Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini təqdim edib

[ad_1] Azərbaycan Respublikasının Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadə etimadnaməsini Niderland Kralı Villem-Aleksandra təqdim edib. SİA xəbər verir ki, görüşdə iki ölkə arasında siyasi dialoqun gücləndirilməsi, iqtisadi, humanitar sahələrdə əməkdaşlıq imkanları, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji və nəqliyyat layihələri ətrafında fikir mübadiləsi aparılıb. Regional vəziyyət ilə bağlı mövzular da diqqət mərkəzində olub. Azərbaycan diplomatı ölkəmizin ərazi bütövlüyünün bərpası fonunda bir sıra Qərb ölkələrində Azərbaycana qarşı qərəzli kampaniya, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına dair ölkəmizin mövqeyi haqqında məlumat verib. [ad_2]

Daha çox

Milli Məclisin Səhiyyə komitəsinin ictimai dinləməsi keçirilir

[ad_1] Bu gün, 30 yanvar tarixində Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda ictimai dinləməsi keçirilir. SİA xəbər verir ki, ictimai dinləmədə Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev, Aqrar siyasət komitəsinin sədr müavini Razi Nurullayev, Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Tamam Cəfərova, İnsan hüquqları komitəsinin üzvü Səyyad Salahlı, Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev,…

Daha çox

“Azərbaycanın Yüksək Mədəniyyətli Vətəndaşı”

[ad_1] Yanvarın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Azərbaycanın Yüksək Mədəniyyətli Vətəndaşı” adlı innovativ layihənin təqdimatı keçirilib və layihə çərçivəsində ilk mədəniyyətşünaslıq elmi oxuları təşkil edilib. SİA xəbər verir ki, layihə Azərbaycan Mədəniyyət Assosiasiyası “Simurq” tərəfindən Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkənin yeni sosial-mədəni strategiyasının həyata keçirilməsinə vətəndaş töhfəsi vermək məqsədilə icra olunur. Bundan əlavə, layihə çərçivəsində altı fərqli hədəf qrupuna – dövlət məmurlarına, pedaqoqlara, müəllim və tərbiyəçilərə, jurnalistlərə, muzey və kitabxana işçilərinə, gənclər və qadın QHT-lərinə, tibb müəssisələrinin əməkdaşlarına mədəniyyətşünaslıq üzrə ustad dərsləri, mühazirələr və təlimlər keçiriləcək. Bu…

Daha çox

İqtisadi Zonaların İnkişafı Agentliyi auditor seçir

[ad_1] İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi maliyyə hesabatlarının auditi xidməti üçün kotirovka sorğusu elan edib. SİA xəbər verir ki, sorğuda iştirak haqqı 126,65 manatdır. İddiaçılar təkliflərini fevralın 13-nə qədər Agentliyin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 20 ünvanına təqdim edə bilərlər. Təkliflərə fevralın 13-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq. Ötən il bun tenderin qalibi “Baker Tilly Audit Azərbaycan” QSC olub. Şirkətə 34 220 manat ödənilib. [ad_2]

Daha çox