Çoxarvadlı Suxov 30-cu uşağının atası oldu

[ad_1] …30-cu uşaq çoxarvadlı İvan Suxovun ailəsində dünyaya gəlib. Bu, Birinci Kanalda “Qoy danışsınlar” verilişinin efirində məlum olub. SİA-nın məlumatına görə, körpə yanvarın əvvəlində doğulsa da, cinsiyyəti müəyyən edilməyib. Suxovun sözlərinə görə, o, tapşırığı hələ tam yerinə yetirməyib: o, daha 20 vərəsəyə həyat verməyi planlaşdırır. Qeyd edək ki, bu adamla bağlı ictimai etiraz onun jurnalist Saşa Sulinlə müsahibəsindən sonra yaranıb. Orada övladlarının anaları ilə münasibətlərindən, tərbiyə üsullarından danışıb. Suxov patriarxal prinsiplərin tərəfdarı olduğunu açıqlayıb. Öz növbəsində, Moskvanın Uşaq Hüquqları üzrə Müvəkkili Olqa Yaroslavskaya ailəni yoxlamaq niyyətində olduğunu açıqlayıb. Dövlət Duması…

Daha çox

Ali Məclisin Humanitar siyasət komitəsinin iclası keçirilib

[ad_1] Yanvarın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Humanitar siyasət komitəsinin iclası keçirilib. SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, komitə sədri Ülkər Bayramova 2024-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatla çıxış edib. Eyni zamanda, yaz sessiyasında görüləcək işlər müzakirə olunub, Ali Məclisin qanunvericilik işləri planına dair təkliflər irəli sürülüb. Sonda məsələ ilə əlaqədar komitə üzvlərinin çıxışları dinlənilib. [ad_2]

Daha çox

Suriyada Türkiyənin də dəstəyilə “Ümid şəhəri” layihəsi həyata keçirildi

[ad_1] Suriyanın Azəz rayonunda vətəndaş müharibəsindən zərər çəkmiş 10 minə yaxın insanın məskunlaşacağı İnsan Haqları və Azadlıqları (İHH) Humanitar Yardım Fondu və Qətər Xeyriyyə Təşkilatı ilə birgə inşa edilən “Ümid şəhəri”nin açılışı olub. SİA xəbər verir ki, Azəz rayonu ərazilərində “Ümid şəhəri”nin açılışı ilə bağlı tədbir keçirilib. Burada çıxış edən daxili işlər nazirinin müavini Münir Karaoğlu layihədə əməyi keçənlərə təşəkkür edərək deyib: “Suriya coğrafiyasında sığınacaqdan humanitar yardıma, təhsildən səhiyyəyə qədər bir çox sahədə yardım edirik. Bu gün istifadəyə verdiyimiz “Ümid şəhəri” layihəsi fəaliyyətimizin ən konkret nümunəsidir. “Ümid şəhəri” layihəsi çərçivəsində…

Daha çox

Norveç Nobel Komitəsinə 20 Yanvar faciəsi ilə bağlı bəyanat ünvanlanıb

[ad_1] SİA-nın məlumatına görə, Diasporla İş üzrə dövlət Komitəsindən bildirilib ki, sözügedən bəyanat videokonfransın 100-dən çox iştirakçısı – “Qobustan – Azərbaycan Aydınlar Ocağı”nın üzvləri, Azərbaycan diaspor fəalları, 20 Yanvar şəhidlərinin ailə üzvləri və veteranları tərəfindən Norveç Nobel Komitəsinin sədri Jorgen Vatne Frydnesə və Komitənin üzvləri – Asle Tojeyə, Anne Engerə, Kristin Klemetə, Qry Larsenə ünvanlanıb. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Mixail Qorbaçova 1990-cı ilin oktyabrında Norveç Nobel Komitəsi tərəfindən verilən Nobel Sülh Mükafatına etirazın yer aldığı bəyanatda 1990-cı il 20 Yanvar qətliamında əli Azərbaycan xalqının qanına bulaşmış…

Daha çox

Meta Trampa 25 milyon dollar ödəyəcək

[ad_1] …Meta ABŞ prezidenti Donald Trampa yanvarın 6-da Kapitoliya hücumundan sonra Facebook və İnstaqram hesablarının dayandırılması ilə bağlı açdığı 2021-ci il məhkəmə iddiasını həll etmək üçün 25 milyon dollar ödəməyə razılaşıb. SİA xəbər verir ki, bu barədə yanvarın 29-da Wall Street Journal (WSJ) mənbəyə istinadən məlumat yayıb. Amerika qəzeti yazır ki, 3 milyon dollar hüquqi xərcləri ödəməyə gedəcək, 22 milyon dollar Trampın prezident kitabxanası fonduna bağışlanacaq. Meta tranzaksiyada səhvləri qəbul etmir. Qəzet qeyd edir ki, Metanın bu addımı böyük bir texnoloji şirkətin əhəmiyyətli güzəşti və əvvəllər sosial media platformalarını senzuraya…

Daha çox

İsrail fələstinli məhbusların azad edilməsini dayandırıb

[ad_1] İsrail hakimiyyəti HƏMAS terrorçularının əsirliyindən israilli girovların qaytarılması prosesinin təşkilinə etiraz olaraq fələstinli məhbusların azad edilməsini dayandırmaq qərarına gəlib. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “The Times of Israel” baş nazir Benyamin Netanyahunun ofisinin bəyanatına istinadən xəbər verir. Fələstinli məhbusların azadlığa buraxılması növbəti girov qruplarının təhlükəsiz şəraitdə azad ediləcəyinə dair zəmanət alınana qədər təxirə salınıb. …İsrail vasitəçilərdən buna nail olmağı tələb edir. Bu, Netanyahunun ofisinin bəyanatında deyilir. Proses dayandırılarkən fələstinli məhbuslar artıq avtobuslarda olub və həbsxana ərazisini tərk ediblər. Əli Babayev [ad_2]

Daha çox

Suriyada keçid dövrünün prezidenti elan edilib

[ad_1] Suriyada yeni administrasiyanın başçısı Əhməd Şaraa keçid dövrünün prezidenti elan edilib. SİA xəbər verir ki, Suriya Xəbər Agentliyi – SANA-nın məlumatına görə, Ə.Şaraa, xarici işlər naziri Əsəd Həsən Şeybani və ölkənin hərbi qrupları nümayəndələrinin iştirakı ilə Qələbə Konfransı keçirilib. Tədbirdə çıxış edən Şaraa deyib: “Allahın köməyilə zəncirləri qırdıq, məzlumları azad etdik və paytaxt Dəməşqdən rüsvayçılıq və zillət tozunu silkələdik. Suriyanın günəşi yenidən doğdu. Bu gün Suriyanın prioritetləri hakimiyyət boşluğunu doldurmaq, daxili sülhü bərpa etmək, dövlət institutları yaratmaq, iqtisadi inkişaf infrastrukturu qurmaq, Suriyanın beynəlxalq və regional nüfuzunu geri qaytarmaqdır. Biz…

Daha çox

“Xalqın gəncləri onun aynasıdır”

[ad_1] “Hər bir xalqın gücü onun gənclərinin düşüncəsində, bilik və bacarığında, vətənpərvərliyində gizlidir”. Bu sözləri SİA-ya açıqlamasında “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin PR meneceri Elmira Kərimova deyib. O bildirib ki, Azərbaycanın gələcəyi də məhz bu günün gənclərinin əzmi, iradəsi və bacarığı ilə formalaşır: “2 fevral – Gənclər Günü, bu qüvvənin dəyərini anlamaq, biz gənclərin uğurlarını qiymətləndirmək və dövlətimizin gənclərə yaratdığı imkanları vurğulamaq üçün gözəl fürsətdir. Bir zamanlar Azərbaycanın müstəqilliyini qorumaq, iqtisadi çətinlikləri aşmaq və dövlətçiliyi möhkəmləndirmək üçün ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün Prezident İlham Əliyevin…

Daha çox

“Qış Təlimi-2025” davam edir

[ad_1] Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Qarsda təşkil etdiyi “Qış Təlimi-2025” davam edir. SİA bu barədə Türkiyə saytlarına istinad edir. 3-cü Ordu Komandanlığı və 9-cu Korpus Komandanlığının nəzarəti və rəhbərliyi altında 14-cü Mexanikləşdirilmiş Piyada Briqada Komandanlığı tərəfindən Şəhid İstehkam Zabit Baş Çavuş İlhan Hamlı Atış və Təlimdə sahəsində həyata keçirilən “Qış Təlimi-2025” yanvarın 20-də başlayıb. Milli Müdafiə Nazirliyi, Baş Qərargah, Quru Qoşunları Komandanlığı, Dəniz Qüvvələri Komandanlığı, Hərbi Hava Qüvvələri Komandanlığı və Xüsusi Təyinatlı Qüvvələr Komandanlığı, mülki dövlət qurum və təşkilatları ilə Türkiyədən 12 min, ABŞ, Azərbaycan, Banqladeş, Bosniya və Herseqovina, Gürcüstan,…

Daha çox

Prezidentdən NÖVBƏTİ CİDDİ MESAJLAR

[ad_1] Ölkə rəhbərimizin, cənab Prezident İlham Əliyevin hər dəfə çıxışında, nitqində müvafiq mesajlar verdiyinin hər kəs şahididir. Həmin mesajların tutarlı arqumentlərə, faktlara əsaslanılaraq verildiyi də hər dəfə öz təsdiqini tapıb. Məhz nəqliyyat məsələlərinə həsr olunmuş və 28 yanvar tarixində keçirilən müşavirədə də dövlətimizin başçısının hansı ciddi mesajlar verdiyi və həmin mesajların kimlərə ünvanlandığı da bəllidir. Əminik ki, Azərbaycan Prezidentinin mesajlarından artıq kifayət qədər nəticə çıxarılıb və həmin mesajlar kimlərə ünvanlanıbsa onlar dərhal öz “hesablarını” götürüblər. Geosiyasi məsələlərlə bağlı qeyd olunanlar qlobal müstəvidə kifayət qədər təsirli olub və həmin mesajlardan öz…

Daha çox