[ad_1] Rusiyada məşhurlaşan bloger Hüseyn Həsənov toyunun harada olacağını açıqlayıb. SİA xəbər verir ki, bu barədə bloger izləyicilərinin suallarını cavablandırarkən bildirib. O, “Toy nə vaxtdır” sualına “Nə vaxt olacağını bilmirəm. Amma harada olacağını bilirəm. Qroznıda…”. [ad_2]
Daha çoxDay: January 30, 2025
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
[ad_1] Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə SİA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 3. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 6. Zərifə Əliyeva küçəsində; 7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur. [ad_2]
Daha çoxMəşhur rusiyalı blogger ikinci dəfə ana olacaq
[ad_1] Rusiyalı aparıcı və tanınmış bloger İda Qaliç ikinci dəfə hamilə olduğunu açıqlayıb. SİA Rusiya mətbuatına istinadən xəbər verir ki, Qaliç, Oleqlə bu hamiləliyi planlaşdırdıqlarını və həqiqətən də bunu səbirsizliklə gözlədiklərini bildirib. Aqressiv xasiyyəti ilə bilinən blogger bundan sonra daha az əsəbi olacağına və istənilən vəziyyətdə sakit qalacağına söz verib. [ad_2]
Daha çoxABŞ-də təyyarə helikopterlə toqquşub
[ad_1] ABŞ-da Virciniya ştatında Ronald Reyqan hava limanı yaxınlığında uçuş-enmə zolağına yaxınlaşan təyyarə helikopterlə toqquşub. SİA-nın məlumatına görə, təyyarə hava limanı yanında Potomak çayına düşüb. Məlumata əsasən, qəzaya uğrayan təyyarə Kanzas ştatının Viçita şəhərindən uçuş həyata keçirib. O, hərbi helikopterlə toqquşub. Reyqan hava limanında bütün uçuşlar və enişlər dayandırılıb. Hələlik heç bir itki barədə məlumat yoxdur. Vaşinqton polisinin bildirdiyinə görə, hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparılır. [ad_2]
Daha çoxBakının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq
[ad_1] Bu gün Bakının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq. Bu barədə SİA-ya “Azəriqaz” İB-dən bildirilib. Məlumata görə, “Buzovna 1-97” QTM-dən qidalanan qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması, Pirşağı-Novxanı-Xırdalan-M4 yeni avtomobil yolunun tikintisi ilə əlaqədar “Bilgəh-1” qaz xəttinin tikinti sahəsinə düşən hissəsinin təhlükəsiz əraziyə köçürülməsi, birləşmə işləri, həmçinin Binəqədi rayonu, S.S.Axundov küçəsi 37 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının təbii qazla təmin olunması məqsədilə 30.01.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır. Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə Nardaran və Pirşağı qəsəbələrinin, Bilgəh qəsəbəsi, Ləhic bağlarının, Pirşağı qəsəbəsi,…
Daha çoxABŞ-də qəzaya uğrayan təyyarədə 60 sərnişin və 4 ekipaj üzvünün olduğu təsdiqlənib
[ad_1] “American Airlines” Reyqan hava limanı yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvünün olduğunu açıqlayıb. SİA-nın CNN-ə istinadla verdiyi məlumata görə, Ağ evin mətbuat katibi Kerolayn Livitt Prezident Donald Trampın Vaşinqtonun Reyqan hava limanı yaxınlığında hərbi helikopter və təyyarənin toqquşması bağlı məlumatlandırıldığını təsdiqləyib. [ad_2]
Daha çoxYerə asteroid düşə bilər
[ad_1] 2024-YR4 asteroidi 2032-ci ildə Yer planeti ilə toqquşa bilər. SİA xəbər verir ki, bunu rusiyalı astronom, “Ka-Dar” rəsədxanasının rəhbəri Stas Korotkiy bildirib. Asteroidin 22 dekabr 2032-ci ildə Yerlə toqquşması ehtimalı 6 faizdir. Bu da onun kəşf olunmasından bəri ən yüksək proqrnoz göstəricisidir. Qeyd edək ki, bəhs edilən asteroid 2024-cü ilin dekabr ayında kəşf olunub. [ad_2]
Daha çoxAvropa birjasında qazın qiyməti 550 dolları ötdü
[ad_1] Birja ticarəti zamanı Avropada qazın qiyməti uzun müddətdən sonra 1 000 kubmetr üçün 550 ABŞ dolları səviyyəsini ötüb. SİA xəbər verir ki, bunu London ICE birjasının məlumatları göstərir. 29 yanvarda 6 %-ə yaxın artım qeydə alınıb. Niderlandın TTF qovşağında fevral fyuçerslərinin qiyməti 1 000 kubmetr üçün 552 dollara qalxıb. Beləliklə, 15 noyabr 2023-cü il tarixindən bəri ilk dəfə 550 dollar səviyyəsi üstələnib. [ad_2]
Daha çoxNDU-da Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitabın təqdimatı olub
[ad_1] Naxçıvan Dövlət Universitetinin (NDU) Elmi Kitabxanasında türkiyəli alim, Türkiyə Radio-Televiziya Qurumunun müxbiri Aysel Sadak İltaşın Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “İnsan ürəyi ilə Heydər Baba” kitabının təqdimat mərasimi keçirilib. Naxçıvan Dövlət Universitetinin Media və ictimaiyyətlə əlaqələr bölməsindən SİA-ya bildirilib ki, tədbirdə universitetin rektoru Elbrus İsayev bu nəşrin Ümummilli Liderin həyat və fəaliyyətini dərin insani keyfiyyətləri ilə birlikdə təqdim edən dəyərli əsər olduğunu deyib. Qeyd edilib ki, kitabda Ulu Öndərin dövlətçilik prinsipləri, onun müdrik siyasəti və xalqına olan sonsuz sevgisi müxtəlif rakurslardan əks olunub. Rektor bildirib ki, kitabda tanınmış…
Daha çoxİsveç və Kolumbiya arasında kokain qaçaqmalçılığına qarşı mübarizə haqqında saziş imzalanıb
[ad_1] İsveç və Kolumbiya arasında mütəşəkkil cinayətkarlıq və kokain qaçaqmalçılığı ilə mübarizə sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. SİA xəbər verir ki, “Polis sazişi” adı ilə tanınan sənəd İsveç xarici işlər naziri Mariya Malmer Stenerqard, Kolumbiyanın ədliyyə naziri Anxela Mariya Buitraqo və Latın Amerikası ölkəsinin müdafiə naziri İvan Velaskes tərəfindən imzalanıb. Saziş transsərhəd cinayətkarlıq, terrorizm və kibercinayətkarlıqla mübarizədə ölkələr arasında informasiya və təcrübə mübadiləsinin gücləndirilməsini nəzərdə tutur. İsveç ədliyyə naziri Qunnar Strömmer qeyd edib ki, narkotik vasitələrin ticarəti, xüsusən kokain qaçaqmalçılığı mütəşəkkil cinayətkarlığı maliyyələşdirir. Bu isə ölkə vətəndaşlarının və demokratik institutların…
Daha çox