İqtisadi Zonaların İnkişafı Agentliyi auditor seçir

[ad_1] İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi maliyyə hesabatlarının auditi xidməti üçün kotirovka sorğusu elan edib. SİA xəbər verir ki, sorğuda iştirak haqqı 126,65 manatdır. İddiaçılar təkliflərini fevralın 13-nə qədər Agentliyin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 20 ünvanına təqdim edə bilərlər. Təkliflərə fevralın 13-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq. Ötən il bun tenderin qalibi “Baker Tilly Audit Azərbaycan” QSC olub. Şirkətə 34 220 manat ödənilib. [ad_2]

Daha çox

İnformasiya təhlükəsizliyi ilə bağlı internet informasiya ehtiyatı yaradılıb

[ad_1] İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının (İTKK) rəsmi internet informasiya ehtiyatı Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində qeydiyyata alınaraq ona https://itkk.gov.az domen adı ayrılıb və “AzStateNet” şəbəkəsinə qoşulmaqla təhlükəsizliyinin gücləndirilməsi təmin edilib. SİA bu barədə quruma istinadən xəbər verir. Bildirilib ki, İTKK Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasında informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, dövlət və cəmiyyət üçün xüsusi əhəmiyyət kəsb edən infrastruktur obyektlərinin informasiya sistemləri və ehtiyatlarının kiberhücumlardan qorunması, belə təhdidlərin qabaqlanması, qarşısının alınması və araşdırılması sahəsində fəaliyyət göstərən…

Daha çox

SOCAR Qazaxıstanın “Kaşağan” yatağından hasil edilən xam neftin tranzitinə başlayır

[ad_1] Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qazaxıstanın “Kaşağan” yatağından hasil edilən xam neftin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə tranzitinə başlayır. SİA SOCAR-a istinadən xəbər verir ki, yanvarın 25-də Aktau limanında tankerə yüklənən “Kaşağan” neftinin ilk partiyası təxminən 6 min ton təşkil edir. Yanvarın 27-də Səngəçal terminalına çatan yük BTC vasitəsilə Ceyhan limanına daşınacaq. İlk partiya Qazaxıstanın “KazMorTransFlot” şirkətinin idarə etdiyi “Taraz” tankeri ilə daşınır. Bu, 2025-ci il yanvarın 15-də SOCAR-ın törəmə şirkəti “SOCAR Midstream Operations” MMC ilə “KazMunayQaz”ın (KMG) törəmə şirkəti “KMG Trading” arasında ildə 240 min ton “Kaşağan” neftinin…

Daha çox

Analıq təşvişi və daxili uşaq

[ad_1] “Uşaqlıq dövründə travma yaşayan qadınlar, uşaqları hər şeydən, hətta özlərindən belə qorumağa çalışırlar. Uşaq yaşlarından valideynlərindən ayrılan analar, övladlarına həddindən artıq diqqət ayırır, uşağı incidəcək şəkildə ondan asılı olur və birlikdə yatırlar. Uşaq bağçasını sevməyən qadınlar, uşaqlar onlardan xahiş etsələr də, uşaqlarını ora göndərməkdən imtina edirlər. Bir şeydən qorxan qadınlar özlərini deyil, övladlarını bundan qorumağa çalışırlar”. Bu fikirləri SİA-ya Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib. Psixoloqun sözlərinə görə, bu yaxınlarda pasiyentlərdən biri boynundakı ağrılardan şikayətləndi. Ümumiyyətlə, boyun ağrısı nəzarətin artması ilə əlaqələndirilir. Söhbət…

Daha çox

Gənclər Fondu auditor seçib

[ad_1] Gənclər Fondu 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub. SİA dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi “Tax Audit” MMC-dir. Qalib şirkətə 3 965 manat ödəniləcək. Ötən il bu tenderin qalibi “Azəruçot” MMC olub. Şirkətə 10 450 manat ödənilib. Gənclər Fondu ölkə Prezidentinin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə yaradılıb, dövlət başçısının 7 mart 2018-ci il tarixli fərmanı ilə publik hüquqi şəxsə çevrilib. [ad_2]

Daha çox

Milli Depozit Mərkəzi sığortaçı seçir

[ad_1] Milli Depozit Mərkəzi (MDM) avtonəqliyyat vasitəsinin könüllü (KASKO) sığortalanması üçün açıq tender elan edib. SİA xəbər verir ki, tenderdə iştirak haqqı 10 manatdır. İddiaçılar təkliflərini fevralın 21-nə qədər MDM-nin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 2 A ünvanına təqdim edə bilərlər. Təkliflərə fevralın 21-də, saat 18:00-da qeyd olunan ünvanda baxılacaq. [ad_2]

Daha çox

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

[ad_1] Yanvarın 30-da Amerika fond bazarlarında eniş davam edib. SİA-nın məlumatına görə, Dow Jones indeksi 0.31% – 44,713.52 bəndədək, S&P 500 indeksi 0.47% – 6,039.31 bəndədək, Nasdaq indeksi isə 0.51% – 19,632.32 bəndədək azalıb. Avropa fond bazarlarında yanvarın 30-da FTSE 100 indeksi 0.28% – 8,557.81 bəndədək və Almaniyanın DAX indeksi 0.97% – 21,637.53 bəndədək artıb, Fransanın CAC-40 indeksi isə 0.32% – 7,872.48 bəndədək azalıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.03% azalaraq 1.0418 dollar təşkil edib. [ad_2]

Daha çox

Neftin ucuzlaşması davam edir

[ad_1] ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin aprel müqaviləsinin dəyəri 0,25% azalaraq 1 barelə görə 75,42 ABŞ dolları təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mart ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,12% azalaraq 1 barelə görə 72,53 ABŞ dollarına bərabər olub. [ad_2]

Daha çox