Bu gün, 30 yanvar tarixində Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda ictimai dinləməsi keçirilir. SİA xəbər verir ki, ictimai dinləmədə Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev, Aqrar siyasət komitəsinin sədr müavini Razi Nurullayev, Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Tamam Cəfərova, İnsan hüquqları komitəsinin üzvü Səyyad Salahlı, Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Azərbaycan Həkimlərin Təkmilləşdirilməsi İnstitutunun rektoru Nazim Qasımov, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının kliniki işlər üzrə rektor müavini Zəhra Vəzirova, Azərbaycan Respublikası Səhiyyə naziri Teymur Musayev, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Hüquq Şöbəsinin müdiri Elçin Qədirov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibb xidmətləri şöbəsinin müdiri Fazil Hüseynbəyov, İdarə Heyətinin Sədri Zaur Əliyev, İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, TƏBİB-in İlkin səhiyyə xidməti departamentinin rəhbəri Rəşad Çobanlı iştirak edirlər.