İqtisadi Zonaların İnkişafı Agentliyi auditor seçir


İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi maliyyə hesabatlarının auditi xidməti üçün kotirovka sorğusu elan edib. SİA xəbər verir ki, sorğuda iştirak haqqı 126,65 manatdır.

İddiaçılar təkliflərini fevralın 13-nə qədər Agentliyin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 20 ünvanına təqdim edə bilərlər.

Təkliflərə fevralın 13-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.

Ötən il bun tenderin qalibi “Baker Tilly Audit Azərbaycan” QSC olub. Şirkətə 34 220 manat ödənilib.

Əlaqəli Xəbərlər