Azərbaycanın qiymətli kağızlar bazarı 2 dəfədən çox böyüyüb


2024-cü ildə Azərbaycanın qiymətli kağızlar bazarında 72 milyard 473,3 milyon manatlıq əməliyyat aparılıb. SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü ilə nisbətən 2,6 dəfə çoxdur.

İllik göstəricinin 8 milyard 651 milyon manatlıq hissəsi ilkin bazarda (5,1 % çox), 63 milyard 822,3 milyon manatlıq hissəsi isə təkrar bazarda (3,2 dəfə çox) formalaşıb.

Hesabat dövründə qiymətli kağızlar bazarında 72 272 əqd bağlanılıb. Bu, illik müqayisədə 5,3 dəfə çoxdur. Əqdlərin 51 762-si ilkin bazarın (22,6 dəfə çox), 20 510-u isə təkrar bazarın (82,3 % çox) payına düşüb.

Yanvar-dekabr aylarında Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 7 milyard 864,4 milyon manatlıq hissəsi və yaxud 10,9 %-i dövlət qiymətli kağızlarının, 3 milyard 686,7 milyon manatlıq hissəsi və yaxud 5,1 %-i korporativ qiymətli kağızların, 60 milyard 922,2 milyon manatlıq hissəsi və yaxud 84,1 %-i isə repo əməliyyatlarının payına düşüb. Bunlar, 1 il əvvələ nisbətən müvafiq olaraq 6,4 % az, 61,8 % çox və 3,5 dəfə çoxdur.

12 ayda bu bazarda bağlanmış əqdlərin isə 2 725-i və yaxud 3,8 %-i dövlət qiymətli kağızlarının, 61 058-u və yaxud 84,5 %-i korporativ qiymətli kağızların, 8 489-u və yaxud 11,7 %-i isə repo əməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə müvafiq olaraq 2,9 % az, 15,4 dəfə çox və 25,3 % çoxdur.

Əlaqəli Xəbərlər