“Məlumdur ki, yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müşavirədə çıxış edib. Bu mənada söyləmək istəyirəm ki, Azərbaycanın əhəmiyyətli beynəlxalq nəqliyyatı onun yolların qovşağında, İpək Yolu ilə Cənub-Şimal dəhlizinin üzərində yerləşməsi ölkə iqtisadiyyatı üçün nəqliyyat sektorunun strateji əhəmiyyətini artırır”. Bu sözləri SİA-ya açıqlamasında türk politoloq Hakan Aktürk deyib.
Hakan Aktürk sözlərinə belə davam edib: “Azərbaycan həm də xammal daşımalarında mühüm iqtisadi mərkəzdir. 2006-cı ilin mayında 1774 kilometrlik Bakı-Tbilisi-Ceyhan Neft Kəməri fəaliyyətə başlamışdır. Bu kəmər Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçir. 2006-cı ilin sonunda fəaliyyətə başlayan və Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçən boru kəməri Şahdəniz təbii qazını əlavə qaz kimi Avropa bazarına təqdim edir.
Hazırda tikintisi davam edən Bakı-Tbilisi-Qars dəmir yolu Türkiyənin Marmaray layihəsinin həyata keçirilməsi ilə birlikdə Qazaxıstan və Çin dəmir yolu əlaqələri vasitəsilə Avropa dəmir yollarını Asiya dəmir yollarına birləşdirəcək”.
Ayşən Vəli