Türk Dövlətləri Təşkilatının 12-ci rəsmi Zirvə görüşü Azərbaycanda baş tutacaq. SİA-nın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada keçirilən Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündən sonra üç ölkənin xarici işlər nazirlərinin birgə mətbuat konfransında deyib. Hakan Fidan əlavə edib ki, qeyri-rəsmi Zirvə görüşü isə Macarıstanda keçiriləcək.
Daha çoxDay: January 29, 2025
Sınaqdan çıxmış Adam!
Onun bu gün 75 yaşı tamam olur. Amma, heç deməzsən… Yerişi, duruşu, çevik hərəkətləri, mehriban çöhrəsi, sirayətedici şuxluğu, gənclik enerjisi saçır. Aramızda tez-tez təkrarlanan bir dialoq var. Xeyrəddin müəllim məndən soruşur ki, “Alqış, bu camaat məni niyə belə çox istəyir?” Mən də deyirəm ki, “Xeyrəddin müəllim, camaat səni yaxşı tanımır axı, ona görə”. O da qayıdır ki, “Çox doğru deyirsən, işdi birdən məni yaxşı tanısalar, bəs onda nə olacaq?” Mən də – “Onda səni daha çox istəyəcəklər”, – deyirəm. Mən Xeyrəddin müəllimi yaxşı yox, çox yaxşı tanıyıram. İlk dəfə onu…
Daha çoxNaxçıvanda məhkumlar bələdiyyə seçkilərində səs veriblər
Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir. Seçkilərdə məhkum olan vətəndaşların da iştirakı təmin edilir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində Babək-Şahbuz-Kəngərli 3 saylı seçki dairəsinin 3-60 saylı seçki məntəqəsində məhkumların səs verməsi üçün şərait yaradılıb. Cəza çəkən şəxslər sərbəst şəkildə səsvermə hüququndan istifadə ediblər.
Daha çoxAZAL bank depozitlərini 3 dəfəyə yaxın artırıb
2024-cü il yanvarın 1-nə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) banklarda 209,321 milyon manat vəsaiti olub. SİA bu barədə AZAL-ın maliyyə hesabatına istinadən xəbər verir. Sənədə əsasən, bu, 2023-cü il yanvarın 1-i ilə müqayisədə 2,5 dəfə çoxdur. Hesabat dövründə AZAL-ın depozitlərini saxladığı bankların sayı 2-dən 1-ə düşüb.
Daha çox“Müşahidəçilər bu prosesdə xüsusi önəm daşıyır”
“Azərbaycanda 1997-ci ildən bələdiyyə seçkiləri keçirilir”. Bunu SİA-ya Mərkəzi Seçki Komissiyasının üzvü Nizami Nadirxanlı deyib. O bildirib ki, keçirilən seçkilər Mərkəzi Seçki Komissiyasının qərarı ilə həyata keçirilir: “Müxtəlif zamanlarda bir sıra bələdiyyələr olub. Ulu Öndər Heydər Əliyev bildirirdi ki, biz yerlərdə qurumlar yaradırıq və tədricən bələdiyyələrə icra hakimiyyətlərinin hüquqlarından da veriləcək. Gördüyünüz kimi bu zaman-zaman öz həllini tapır. Əvvəllər 1600 bələdiyyədə seçki keçirilirdisə indi bu rəqəm azaldılaraq 685 olub. Bütün seçkilərdə olduğu kimi bələdiyyə seçkilərində də hər şey şəffaf şəkildə baş verir. Müşahidəçilərdə bu prosesdə xüsusi önəm daşıyır. Ötən illərdə…
Daha çoxAnkarada Azərbaycan, Türkiyə və Özbəkistan XİN başçılarının görüşü olub
Ankarada keçirilən Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşü çərçivəsində üç ölkənin XİN başçılarının görüşü olub. SİA-nın xəbərinə görə, görüş zamanı xarici siyasət sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə edilib.
Daha çoxBaş nazir bələdiyyə seçkisində səs verib
Azərbaycanın Baş naziri Əli Əsədov 7 saylı Səbail seçki dairəsinin 2 saylı seçki məntəqəsində səs verib. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləridir. Səsvermə ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 seçki məntəqəsində keçirilir. Bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var və 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır. Səsvermə 19:00-a qədər davam edəcək.
Daha çoxÖtən il Naxçıvan gömrüyü 51 cinayət xarakterli fakt aşkarlayıb
Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən 51 cinayət xarakterli fakt aşkarlanıb, o cümlədən 39 fakt üzrə 40 şəxs barəsində cinayət işləri başlanılıb. SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bunu Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin rəisi Novruz Hacıyev 2024-cü il ərzində görülmüş işlər və cari ildə qarşıda duran vəzifələrlə bağlı keçirilən kollegiya iclasında deyib. O qeyd edib ki, narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin qaçaqmalçılığı faktları üzrə ayrı-ayrılıqda ümumilikdə çəkiləri 21,5 kq-dan artıq heroin, 7 882 qramdan artıq həşiş, 2 214 qramdan…
Daha çoxAzərbaycan və Özbəkistan arasında tədbirlər proqramı təsdiqlənib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşü çərçivəsində Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov ilə görüşüb. XİN-dən SİA-ya bildirilib ki, görüş zamanı Azərbaycan-Özbəkistan müttəfiqliyindən irəli gələn məsələlər, ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlığın genişləndirilməsi imkanları, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub. Ötən ilin iki ölkə arasında müttəfiqlik münasibətlərini təsbit edən müqavilənin imzalanması ilə əlamətdar olduğu, diplomatik münasibətlərin 30 illiyini qeyd etdiyimiz cari 2025-ci ilin isə müttəfiqliyimizin siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat-kommunikasiyalar, mədəni-humanitar aspektlərinin daha da zənginləşdirilməsi ilə yadda qalacağına…
Daha çoxAzərbaycan Türkiyə və Özbəkistanla ticarəti genişləndirməyi müzakirə edib
Azərbaycan Türkiyə və Özbəkistanla ticarət əlaqələrinin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıb. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. “Ankara şəhərində keçirilən Türkiyə- Azərbaycan-Özbəkistan biznes forumunda həmkarlarla birlikdə ölkələrimiz arasında iqtisadi birliyi gücləndirmək, biznes tərəfdaşlığının effektivliyini artırmaq, ticarət əlaqələrimizi genişləndirmək, ölkələrimiz və region üçün əhəmiyyətli investisiya layihələrinin təşviq etmək imkanlarını müzakirə etdik”, -deyə nazir qeyd edib.
Daha çox