“Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir və mütləq həyata keçiriləcək”. Bu sözləri Prezident İlham Əliyev Azərbaycanın nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə dilə gətirdi. Prezident dedi: “Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülmüşdür. İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir”. Bu dəhlizin açılması üçün Azərbaycanın praktiki addımlar atdığını ifadə edən cənab Prezident, Ermənistan tərəfinin artıq dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgilədiyini, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri…
Daha çoxDay: January 29, 2025
Yekun bəyannamənin təfərrüatları açıqlanıb
Ankarada Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci görüşünün yekun bəyannaməsi imzalanıb. SİA xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi sənədin təfərrüatlarını paylaşıb. Məlumata görə, bəyannamədə nəqliyyat və regional kommunikasiyalar sahəsində əməkdaşlığın gücləndirilməsinə yönəlmiş hərtərəfli Fəaliyyət Planı öz əksini tapıb. Bəyannamənin digər əsas məqamları bunlardır: – qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər üzrə əməkdaşlığın genişləndirilməsinə sadiq qalmaq; – suverenliyə və ərazi bütövlüyünə xələl gətirmək cəhdlərinə qarşı birgə hərəkətləri dəstəkləmək öhdəliyi götürmək; – iqtisadiyyat, ticarət, investisiya, logistika, infrastruktur, rəqəmsallaşma, ətraf mühit və iqlim dəyişikliyi də daxil…
Daha çoxCeyhun Bayramov həmkarlarını son yeniliklər barədə məlumatlandırıb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə və Özbəkistandan olan həmkarlarını işğaldan azad edilmiş ərazilərdəki son yeniliklər barədə məlumatlandırıb. SİA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçirilən Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündən sonra üç ölkənin xarici işlər nazirlərinin birgə mətbuat konfransında deyib. C.Bayramov qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası daha geniş coğrafiyada əməkdaşlığa imkanlar yaradır: “Qarabağ regionu vasitəsilə Şərq-Qərb, Orta dəhlizin yeni arteriyasının salınması hazırda həyata keçirilir və bunun böyük perspektivini görürük”.
Daha çoxNazirlərin üçüncü görüşü Bakıda keçiriləcək
Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 3-cü üçtərəfli görüşü Azərbaycanda keçiriləcək. SİA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Azərbaycan və Özbəkistandan olan həmkarları ilə birgə mətbuat konfransında deyib. H.Fidan Türkiyənin Azərbaycan və Özbəkistanla ikitərəfli münasibətlərinin çox yüksək səviyyədə olduğunu vurğulayıb. “Bu üçtərəfli iclaslar vasitəsilə biz regionun inkişafına töhfə verəcəyik. Bu formatın növbəti iclasına qardaş Azərbaycan ev sahibliyi edəcək”, – o bildirib.
Daha çoxAnkarada Azərbaycan, Türkiyə və Özbəkistanın nazirlər görüşünün yekun bəyannaməsi imzalanıb
Ankarada Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci görüşünün yekun bəyannaməsi imzalanıb. SİA xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Azərbaycan və Özbəkistandan olan həmkarları ilə birgə mətbuat konfransında bildirib.
Daha çoxSaat 15:00-a olan seçici fəallığı açıqlanıb
Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesində saat 15:00-a olan seçici fəallığını açıqlayıb. SİA-nın məlumatına görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov həmin müddətə qədər respublika üzrə 1 milyon 473 min 5 nəfərin səs verdiyini bildirib. Onun sözlərinə görə, seçici fəallığı 24,71 faiz olub.
Daha çoxSeçkilərlə bağlı yaradılan “qaynar xətt”ə müraciət daxil olmayıb
Mətbuat Şurasında bələdiyyə seçkiləri ilə bağlı yaradılan “qaynar xətt”ə müraciət daxil olmayıb. Mətbuat Şurasından SİA-ya verilən xəbərə görə, bu gün saat 15.00-dək bələdiyyə seçkiləri ilə əlaqədar Mətbuat Şurasının “qaynar xətt” rejimində fəaliyyət göstərən mobil və şəhər telefon nömrələrinə prosesi işıqlandıran jurnalistlər tərəfindən heç bir zəng daxil olmayıb. Qeyd edək ki, Şuranın (012) 441 35 96 şəhər, (050) 242 09 91 və (055) 789 85 03 mobil nömrələri səsvemə başlayan andan bitənədək “qaynar xətt” rejimində işləyir. Jurnalistlər qeyd edilmiş nömrələrlə əlaqə saxlayaraq, prosesin işıqlandırılması zamanı mümkün anlaşılmazlıqlar və problemlər barədə məlumat…
Daha çoxSuriya yeni əməkdaşlıq platforması olacaq
Qəzzada əldə edilmiş atəşkəsə əməl etmək vacibdir. SİA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçirilən Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündən sonra üç ölkənin xarici işlər nazirlərinin birgə mətbuat konfransında deyib. O qeyd edib ki, Azərbaycan İsrail-Fələstin münasibətində ikidövlətli həll yolunu dəstəkləyir. Suriyadakı vəziyyətdən də söz açan Ceyhun Bayramov vurğulayıb ki, Suriyadakı müsbət proseslər hesabına ora Azərbaycan, Türkiyə və Özbəkistan üçün yeni əməkdaşlıq platformalarından biri olacaq.
Daha çoxAzərbaycan, Türkiyə və Özbəkistan arasında yol xəritəsi imzalanıb
Nəqliyyat sahəsində Azərbaycan, Türkiyə və Özbəkistan arasında yol xəritəsi imzalanıb. SİA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçirilən Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündən sonra üç ölkənin xarici işlər nazirlərinin birgə mətbuat konfransında deyib. Qeyd edək ki, sözügedən üçtərəfli görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan, Türkiyə və Özbəkistan arasında nəqliyyat sahəsində əməkdaşlığı gücləndirmək üçün yol xəritəsi imzalanacağı barədə məlumat vermişdi.
Daha çoxAzərbaycan Türkiyə və Özbəkistanla rəqəmsal əməliyyatlara dəstək təşəbbüslərini müzakirə edib
Azərbaycan Türkiyə və Özbəkistanla rəqəmsal əməliyyatlara fəal dəstək üzrə təşəbbüsləri nəzərdən keçirib. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. “Həmkarlarla birlikdə Ankarada Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, ticarət-iqtisadiyyat və nəqliyyat-infrastruktur nazirlərinin ikinci üçtərəfli görüşündə iştirak etmək xoş oldu. Ölkələrimizin iqtisadi əməkdaşlığını dərinləşdirmək, qarşılıqlı ticarət həcmlərini artırmaq, özəl sektorları yeni investisiya layihələri həyata keçirməyə təşviq etmək, rəqəmsal əməliyyatlara fəal dəstək üzrə təşəbbüsləri nəzərdən keçirdik. Birgə fəaliyyətimizi gücləndirmək üçün növbəti addımları müəyyənləşdirdik”, – deyə nazir qeyd edib.
Daha çox