Bələdiyyə seçkilərinə şəhər sakinlərinin BAXIŞI

Bu gün ölkəmizdə bələdiyyə seçkiləri keçirilir. Vətəndaşlar seçki məntəqələrinə gələrək yerli idarəetmə orqanlarında təmsil olunacaq şəxsləri seçirlər. Bələdiyyə seçkiləri cəmiyyətin demokratik inkişafı və vətəndaşların yerli idarəetmədə iştirakı baxımından xüsusi əhəmiyyət daşıyır. Seçkilər səhər saatlarından etibarən ölkənin müxtəlif bölgələrində tam şəffaf və qanunvericiliyə uyğun şəkildə keçirilir. İştirak yüksək olarsa, bu, həm də xalqın öz gələcəyinə biganə qalmadığını bir daha göstərir. Bəs vətəndaşların fikirləri nədən ibarətdir? Onlar bələdiyyə seçkilərindən səslərindən istifadə edirlərmi? SİA olaraq bu barədə seçicilərin fikirlərini öyrəndik. Şəhər sakini Azər Rzayev: “Mən rayondan gəldiyim üçün səs vermədə iştirak etməmişəm. Bakıya…

Daha çox

Seçkidə hər hansı pozuntu ilə bağlı MSK-ya müraciət daxil olmayıb

Bu vaxta qədər seçkidə hər hansı bir pozuntu halı ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət daxil olmayıb. SİA xəbər verir ki, bunu MSK-nın sədr müavini Rövzət Qasımov deyib. Onun sözlərinə görə, seçki prosesində seçici fəallığı ilə yanaşı, şəffaflıq da müşahidə olunur: “Bu vaxta qədər MSK-ya 30-a yaxın zəng gəlib. Bu zənglər məlumat almaq məqsədli olub”. Sədr müavini onu da bildirib ki, sosial şəbəkə və media MSK tərəfindən izlənilir: “Bu mənada, hansısa neqativ hal olarsa, komissiya onu araşdırmağa hazırdır”.

Daha çox

Azərbaycan yenidənqurma işlərində dəstəyini təqdir edib

Azad edilmiş ərazilərdə yenidənqurma işlərində Türkiyə və Özbəkistanın göstərdiyi dəstək Azərbaycan tərəfindən təqdir olunub. SİA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçirilən Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündən sonra üç ölkənin xarici işlər nazirlərinin birgə mətbuat konfransında deyib. Nazir həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri, Azərbaycan-Ermənistan normallaşma prosesinin gedişatı, mövcud çağırışlar barədə ətraflı məlumat verib. Keçmiş işğal nəticəsində 30 ilə yaxın müddət ərzində digər ərazilərdə təcrid olunmuş…

Daha çox

Bakı-Ağstafa marşrutu üzrə əlavə qatar reysləri

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 1 və 2 fevralda Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir. SİA bu barədə səhmdar cəmiyyətə istinadən xəbər verir. Məlumata görə, Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hər iki istiqamətə səfər etmək mümkündür. “Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz”,-deyə məlumatda qeyd edilib.

Daha çox

Azərbaycan, Türkiyə və Özbəkistan birgə hərəkət edəcək

Azərbaycan, Türkiyə və Özbəkistanın suverenlik və ərazi bütövlüyü əleyhinə atılan addımlara qarşı bundan sonra hər üç ölkə birgə fəaliyyət göstərəcək. SİA xəbər verir ki, bu məsələ Ankarada keçirilən Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşünun yekunlarına dair qəbul olunmuş Ankara Bəyannaməsində öz əksini tapıb. Bəyannamədə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərlə bağlı əməkdaşlığın inkişaf etdirilməsi, habelə suverenlik və ərazi bütövlüyü əleyhinə atılan addımlara qarşı birgə fəaliyyətə dəstək ifadə olunub. Həmçinin iqtisadiyyat, ticarət, investisiyalar, logistika, infrastruktur, rəqəmsallaşma, ətraf mühit və iqlim dəyişikliyi ilə mübarizə istiqamətləri üzrə mövcud…

Daha çox

Ömürlük məhkumlar da səs veriblər

Azərbaycanda keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin müəssisələrində saxlanılan müəyyən müddətə və ömürlük azadlıqdan məhrum edilən məhkumlar və həbs edilən şəxslər, həmçinin Mühafizə alayında müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular səs veriblər. Bu barədə SİA-ya Ədliyyi Nazirliyinin Penitensiar Xidmətindən məlumat verilib. Bildirilib ki, bu məqsədlə bütün digər seçki məntəqələrində olduğu kimi, Penitensiar xidmətin tabe qurumlarında da əlverişli seçki mühiti yaradılıb, məntəqələr zəruri avadanlıq və texniki vasitələrlə təchiz olunub: “Məhkum və həbs edilmiş şəxslər penitensiar müəssisələrdə 13 dairəni əhatə edən 26 seçki məntəqəsində azad və sərbəst şəkildə…

Daha çox

Türkiyə-Azərbaycan-Özbəkistan biznes forumu keçirilib

Ankara şəhərində Türkiyənin Ticarət, Azərbaycanın İqtisadiyyat və Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət nazirliklərinin dəstəyi, Türkiyə Palatalar və Birjalar Birliyi (TOBB), Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Özbəkistanın İnvestisiyaların Təşviqi Agentliyinin birgə təşkilatçılığı ilə Türkiyə-Azərbaycan-Özbəkistan biznes forumu keçirilib. SİA bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, tədbirdə hər üç ölkədən tikinti, tütünçülük, qida sənayesi, əczaçılıq, tikinti materialları, turizm, tekstil, sənaye, logistika və digər sahələrdə fəaliyyət göstərən 200-ə qədər sahibkar iştirak edib. Biznes forumda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin ticarət naziri Ömer Bolat, Özbəkistanın investisiyalar, sənaye…

Daha çox

Azərbaycan Avrasiyanın vacib nəqliyyat mərkəzlərindən biridir

Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir. Ölkəmizin nəqliyyat imkanları beynəlxalq maliyyə qurumlarının hesabatlarında da liderliyini qorumasını şərtləndirir. Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür. Dəmir yollarının səmərəliliyinə görə dünyada 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə isə 12-ci yerdə qərarlaşır. Bu sahəyə qoyulmuş vəsait ölkəmizin iqtisadi, xüsusilə qeyri-neft sektorunun inkişafına da müsbət təsir göstərir. Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024-2026-cı illər üçün Fəaliyyət Planı” təsdiq edilib. Fəaliyyət Proqramında bu mühüm məqam…

Daha çox

“Kazmortransflot” gəmiləri 51 mindən çox konteyner daşınıb

Qazaxıstanın “KazMunayQaz” (KMG) şirkətlər qrupuna daxil olan “Kazmortransflot” gəmiləri ilə Aktau-Bakı marşrutu üzrə iyirmi futluq ekvivalentdə (TEU) 51,4 min konteyner daşınıb. Bu barədə SİA-ya KMG-nin məlumatına istinadən xəbər verir. “2024-cü ildə konteyner daşımalarında müsbət dinamika müşahidə olunub. 2019-cu ildə istifadəyə verilən Aktau-Bakı-Aktau marşrutu üzrə “Kazmortransflot” tərəfindən ötən il 55 min TEU ümumi həcminin 94 %-i və ya 51,4 min TEU daşınıb”, – məlumatda qeyd olunub. Həmçinin 2024-cü ildə “Kazmortransflot”un gəmiləri ilə 13,2 milyon ton neft daşınıb. Bu da 2023-cü ilin göstəricisindən 22,2 % çoxdur. “Artım “Tengiz” və “Qarajanbaş” yataqlarından Xəzər…

Daha çox