Emmanuel Makron sosial şəbəkələrdə tənqid atəşinə tutulub

Fransada Milli Assambleyanın buraxılmasından sonra Prezident Emmanuel Makronun siyasi təcridi daha çox müzakirə olunmağa başlayıb. Son günlər isə onun Luvr Muzeyinə səfəri geniş rezonans doğurub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Luvr Muzeyinin direktoru mədəniyyət nazirinə ünvanladığı məktubda muzeyin bir çox hissəsinin qəzalı vəziyyətdə olduğunu, texniki avadanlıqların köhnəlməsini və temperatur dəyişikliklərinin konservasiya işlərinə təhlükə yaratdığını vurğulayıb. Həmçinin ziyarətçilər üçün şəraitin pisləşdiyini bildirib. Prezident Makron da bu narazılıqlar fonunda muzeyi ziyarət edib. Lakin yerli mətbuat onun bu addımını siyasi məqsədlərlə izah edərək, zəifləmiş mövqeyini gücləndirmək və mandatını bərpa etmək cəhdi…

Daha çox

Çin Rusiyanın Su-57-lərini ələ salır..?

…Rusiyanın Su-57 Felon gizli qırıcısı ixracat gözləntilərini doğrulda bilmir. Qərbin sanksiyaları nəinki Rusiyanın əhəmiyyətli miqdarda təyyarə istehsal etməsinə mane olur, hətta ilk potensial alıcı Çinin də Su-57-yə ehtiyacı yoxdur..? SİA-nın məlumatına görə, bunu “19fortyfive.com” saytında keçmiş müdafiə və xarici siyasət məsləhətçisi və ABŞ ordusunun keçmiş piyada zabiti Brent M. İstvud məqaləsində yazıb. Müəllif qeyd edib ki, Su-57-nin ixrac uğuru kimi gələcəyi, xüsusən də potensial alıcıların belə mürəkkəb təyyarəyə xidmət göstərərkən qarşılaşdıqları çətinlikləri nəzərə alsaq, qeyri-müəyyən olaraq qalır. Çin hələ Su-57 üçün ixrac tərəfdaşı deyil və bu qırıcını heç vaxt ala…

Daha çox

İkinci üçtərəfli görüş keçirilib

Türkiyənin Ankara şəhərində keçirilən Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat-ticarət və nəqliyyat nazirlərinin ikinci üçtərəfli görüşü çərçivəsində üç ölkənin XİN başçılarının görüşü olub. Görüş zamanı xarici siyasət sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə edilib.

Daha çox

Cənubi Sudanda təyyarə qəzası baş verib

Cənubi Sudanda bir təyyarənin havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğraması nəticəsində ilkin məlumatlara görə, 18 nəfər həyatını itirib. SİA bu barədə Türkiyə saytlarına istinad edir. Birləşmiş Millətlər Təşkilatının Cənubi Sudan Missiyası (UNMISS) tərəfindən idarə olunan “Radio Miraya” Cənubi Sudanın Birlik əyalətindəki Birlik Neft Sahəsindən havaya qalxan təyyarənin qısa müddət sonra qəzaya uğradığını təsdiqləyib. Radionun məlumatına görə, təyyarə qəzası nəticəsində ilkin məlumata əsasən 18 nəfər həlak olub, qəzadan sağ çıxan 3 nəfərin isə vəziyyəti kritikdir.

Daha çox

“Bu ili “Mars Retrosu” ilə açdıq”

“Ümumiyyətlə dünya çapında götürəsi olsaq bu ili “Mars Retrosu” ilə açdıq. Bu illərdə çox az hal olur ki, təzə ilə başlayanda biz “Mars Retrosu” ilə başlayaq. Və ondan sonra dünyada yaşanan hadisələri gördük. Mars intiriqalardı, ixtişaşlardı, daha çox təbii fəlakətlər amma daha çox od ünsürlü olduğuna görə biz bunu proqnoz olaraq ilin sonunda bildirmişdik”. Bu sözləri SİA-ya açıqlamasında Asto-numeroloq Vüsalə Əliyeva deyib. Onun sözlərinə görə, bu il daha çox alovlarla sınaqa çəkiləcəyimiz və insanların özündə belə var olan yaranışda lalabüd deil. İnsanında tərkibində bir od elementi var, su elementi var,…

Daha çox

Saat 17:00-a olan seçici fəallığı açıqlanıb

Bələdiyyə seçkilərində saat 17:00-dək səsvermədə 1 milyon 715 min 291 nəfər iştirak edib. SİA xəbər verir ki, xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası (MSK) İnformasiya Mərkəzinin müdiri Fərid Orucov ölkə üzrə seçici fəallığı haqda açıqlamasında deyib. O, bu saatadək seçici fəallığının 28,77 faiz olduğunu bildirib. Statistika hesabat vermiş 118 seçki dairələri əsasında məlum olub. Qeyd edək ki, bələdiyyə seçkilərində səsvermə hüququna malik 5 milyon 961 min 987 seçici var.

Daha çox

Qrenlandiya əhalisi Amerikanın tərkibinə qatılmaq istəmir

Qeyd edək ki, 2 min 900 kilometr məsafədəki Danimarka Krallığının tərkibində olan Qrenlandiya Farer Adaları kimi muxtar bir bölgədir Qrenlandiya əhalisinin 85 faizi adanın Amerika Birləşmiş Ştatlarının tərkibinə keçməsini istəmir. SİA-nın məlumatına görə, Qrenlandiyanın milli qəzeti “Sermitsiaq” və Danimarka media qurumu “Berlinqske” üçün “Verian” sosioloji mərkəzinin keçirdiyi ictimai rəy sorğusunda ABŞ prezidenti Donald Trampın ada ilə bağlı açıqlamalarından sonra əhalinin bu məsələyə münasibəti araşdırılıb. Sorğunun nəticələrinə görə, Qrenlandiyanın Amerikanın bir hissəsi olmasını istəməyənlərin nisbəti 85 faiz, birləşmə fikrini dəstəkləyənlərin nisbəti isə 6 faiz olaraq qeydə alınıb.…

Daha çox

“30-a yaxın müraciət daxil olub”

“Qanun pozuntusu ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət daxil olmayıb”. SİA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib. Qurum rəsmisi bildirib ki, MSK-nın qaynar xətləri və elektron poçt ünvanları daim aktivdir: “Qaynar xəttimizə 30-a yaxın müraciət daxil olsa da, bunlar məlumat almaq üçün olub. Biz çalışırıq ki, özümüzdə hər zaman məlumatları araşdıraq. Hər hansısa bir yerdə xoşagəlməz hal baş verərsə bunun qarşını ala bilək. Hər kəs skandallı məlumatlar yaymağa üz tutur. Amma bunların heç bir əsası yoxdur. Yalnız diqqət çəkmək üçün paylaşılır”. Banuçiçək Hüseynli

Daha çox

AŞPA-dan Gürcüstana STOP

Avropa Şurası Parlament Assambleyası (AŞPA) üzvlərini itirməkdə davam edir. Gürcüstan yanvarın 29-da müvafiq olaraq 2022 və 2024-cü illərdə təşkilatda fəaliyyətini dayandıracaq Rusiya və Azərbaycana qoşula bilər. Ən azı respublikada hakim “Gürcü arzusu” partiyasının əleyhdarlarının tələb etdiyi budur. AŞPA Gürcüstan nümayəndə heyətinin səlahiyyətlərini dondurmaq istəyir. Gürcüstan müxalifətinin tələbi ilə Avropa Xalq Partiyasının İsveçdən olan nümayəndəsi Boriana Oberq belə bir təşəbbüslə çıxış edib. “Gürcüstan parlamenti birpartiyalıdır, tərkibində yalnız “Gürcü arzusu” partiyası var”. Bidzina İvanişvili rejimi Gürcüstanda demokratik nizamı məhv edir”. Boriana Oberq Bu arada Gürcüstan nümayəndə heyətinə iki partiyanın üzvləri daxildir: “Gürcü…

Daha çox