Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 29-da Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşünün iştirakçılarını qəbul edib. SİA xəbər verir ki, görüşdə Azərbaycan tərəfindən xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və ölkəmizin Ankaradakı səfiri Rəşad Məmmədov, Özbəkistan tərəfindən xarici işlər naziri Baxtiyor Saidov, investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov və nəqliyyat naziri İlhom Maxkamov iştirak ediblər. Türkiyə tərəfindən isə görüşə xarici işlər naziri Hakan Fidan, ticarət naziri Ömer Bolat, nəqliyyat və infrastruktur naziri Abdülkadir…
Daha çoxDay: January 29, 2025
Zəngəzur dəhlizi dünyada qəbul edilmiş termindir
Moldovanın “Noi.md” xəbər portalı Azərbaycan Prezidenti İlham Əliyevin nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Zəngəzur dəhlizinə dair səsləndirdiyi fikirləri dərc edib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, məqalədə dövlətimizin başçısının çıxışına istinadla Zəngəzur dəhlizinin artıq dünyada ümumi qəbul edilmiş ifadə və termin olduğu vurğulanıb. Beynəlxalq leksikona daxil edildiyi və Azərbaycanın Zəngəzur dəhlizinin açılması istiqamətində əməli addımlar atdığı diqqətə çatdırılıb. Məqalədə, daha sonra Prezident İlham Əliyevin sitatlarına istinadla yazılır: “Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri…
Daha çoxƏn yüksək seçici fəallığı 59 saylı Quba seçki dairəsində olub
Məlum olduğu kimi, yanvarın 29-da saat 19:00-da Azərbaycandakı bütün seçki məntəqələrində bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə başa çatıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bələdiyyə seçkilərində ən yüksək seçici fəallığı 59 saylı Quba seçki dairəsində müşahidə olunub. Bu seçki dairəsində 49 min 795 seçicidən 19 min 172 nəfəri (38,50 faiz) səsvermədə iştirak edib.
Daha çoxUkraynanın pilotsuz təyyarələri Rusiyanın raket arsenalını vurub
Ukrayna Təhlükəsizlik Xidməti və Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri bu gün, yanvarın 29-da gecə saatlarında Rusiyanın Tver vilayətində bir neçə mühüm obyektinə hücum edib. Xüsusilə də raket arsenalı hücuma məruz qalıb. Bu barədə RBC-Ukraynaya Ukrayna Təhlükəsizlik Xidmətindəki mənbələr məlumat verib. Nəşrin mənbələrinin məlumatına görə, Ukrayna Təhlükəsizlik Xidməti və Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin pilotsuz təyyarələri Rusiya Müdafiə Nazirliyinin Tver vilayətində yerləşən 23-cü raket arsenalını hədəfə alıb. Pilotsuz təyyarələr anbarın özünü, eləcə də hərbi hissənin üç binasını vurub. Mənbələr bildirir ki, yerli sakinlər 20-dən çox partlayışı hesablayıblar. Onlar yerli çatlarda əhalinin…
Daha çoxTərəfdaşlığın gücləndirilməsi imkanları müzakirə edilib…
İqtisadiyyat naziri Mikayıl Cabbarovun Türkiyəyə səfəri çərçivəsində keçirilən görüşlərdə iqtisadi əməkdaşlığın prioritet istiqamətləri, bir sıra sahələr üzrə tərəfdaşlığın gücləndirilməsi imkanları müzakirə edilib. SİA xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazir Mikayıl Cabbarov Türkiyəyə səfəri çərçivəsində bu ölkənin ticarət naziri Ömər Bolatla görüşüb. Görüşdə hər iki ölkənin dövlət başçılarının səyləri və qardaşlıq münasibətləri sayəsində iqtisadi əməkdaşlığın bütün istiqamətlər üzrə inkişaf etdiyi vurğulanıb. Türkiyənin Azərbaycanın ikinci əsas ticarət və ixrac tərəfdaşı olduğu, Preferensial Ticarət Sazişi çərçivəsində güzəşt tətbiq edilən məhsulların sayının artırılmasının ticarət əlaqələrinin artımını təşviq etdiyi…
Daha çoxBələdiyyə seçkiləri saat 19:00 etibarı ilə başa çatıb
Bələdiyyə seçkiləri saat 19:00 etibarı ilə başa çatıb. 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 37 saylı seçki məntəqəsinin sədri Könül Təhməzova SİA-ya açıqlamasında ilkin nəticələrdən bəhs edib. Məntəqə sədri seçicilərin böyük əksəriyyətinin seçki prosesində iştirak etdiyini vurğulayıb:’’Seçidə yüksək səviyyədə iştirak qeydə alınıb. Müşahidəçilərin tam nəzarəti ilə seçki prossesi baş tutub, heç bir seçki qaydalarının pozulması olmayıb. 11 seçici daşınan seçki qutusu vasitəsilə səs verib’’. Ayaz Zeynalzadə
Daha çoxRus dili müəllimi Ukrayna “casus”u çıxıb..?
…Qorlovka sakini casusluq işində təqsirli bilinib. DXR prokurorluğunun məlumatına görə, o, 11 il müddətinə azadlıqdan məhrum edilib. SİA-nın məlumatına görə, qadın Qorlovkadakı məktəblərin birində rus dili və ədəbiyyatı müəllimi işləyirmiş. Deyilənlərə görə, 2023-cü ilin fevralından iyun ayına qədər o, hərbi hospitalda müalicə olunan rus hərbçilərinin sayı və yeri haqqında məlumat toplayıb. Qadın məlumatı messencerlərdən birində Ukrayna zabitinə ötürüb. …Götürülmüş məlumatlar yaralı rus əsgərlərinin yerləşdiyi ərazilərə atəş zərbələri endirmək üçün istifadə oluna bilərdi. Bu rus tərəfinin iddasıdır. Qadın 11 il müddətinə ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkəcək. Bundan əvvəl LPR məhkəməsi…
Daha çoxAvropa Parlamenti Qrenlandiyanı Trampdan qorumaq üçün yol tapıb..?
…Avropa Parlamentinin deputatı Morten Lokkegaard Donald Trampın adanı ABŞ-a birləşdirməklə bağlı hədələri fonunda Qrenlandiyanı Avropa Birliyinə üzv olmaq barədə düşünməyə çağırıb. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Politico” yazır. …Biz elə bir dünyada yaşayırıq ki, nə qədər müstəqil olmaq istəsən də, alyansların üzvü olmalısan. Və mənim fikrimcə, Avropa İttifaqı sizin qoşula biləcəyiniz ən yaxşı ittifaqdır. Bu, həm Danimarka, həm də Qrenlandiyaya aiddir. Bunu Morten Lokkeqor bildirib. O, hesab edir ki, Avropa İttifaqına üzvlük Qrenlandiyanı həm iqtisadi, həm də siyasi baxımdan “mühafizə” ilə təmin edəcək. Lokkeqor iddia edir ki, Qrenlandiya…
Daha çoxİsrail azad ediləcək girovların yeni siyahısını alıb
Baş nazir Benyamin Netanyahunun ofisi bildirib ki, HƏMAS onları yanvarın 30-da Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində azad edəcək. SİA-nın məlumatına görə, onlar siyahıya daxil olan şəxslərin dəqiq sayını açıqlamayıb, “girovların ailələrinə məlumat verildikdən sonra ətraflı şərhlərin veriləcəyini” qeyd ediblər. İsrail telekanalları HƏMAS-ın üç həmyerlisini və beş Tailand vətəndaşını azad edə biləcəyini bildirir. Fələstin anklavında münaqişə tərəfləri yanvarın 19-dan 42 gün müddətinə atəşkəs haqqında razılığa gəliblər. Razılaşmanın təminatçısı Qətər, Misir və ABŞ-dır. Əli Babayev Bütün xəbərlər Facebook səhifəmizdə
Daha çoxABŞ Ukraynanın köməyi ilə baş nazir Fikonu devirməyə çalışır
…ABŞ bu məqsədlə Bratislava ilə Ukrayna arasında yaranmış qaz münaqişəsindən istifadə edərək Robert Fikonu Slovakiyanın baş naziri postundan uzaqlaşdırmağa çalışır. SİA-nın məlumatına görə, bunu NEWS.ru-ya açıqlamasında politoloq Aleksandr Perendjiyev deyib. …Fikonun gücünü Ukraynanın əli ilə boğan ABŞ-dır. Əvvəl iğtişaşlar, hökumət əleyhinə etirazlar var idi, indi onlar başqa yolla gedirlər. Bunu Perendjiyev deyib. O, bu taktikanı “iqtisadi terrorizm: Slovakiyanın qazını kəsmək və hökumətə qarşı etiraz əhval-ruhiyyəsinə səbəb olmaq” adlandırıb. Bundan əvvəl Fiko Vladimir Zelenskinin respublikadakı etirazlarla bağlı bəyanatını ölkənin daxili işlərinə qeyri-adekvat müdaxilə adlandırmışdı. Əli Babayev
Daha çox