Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,11% artaraq 2 797,8 ABŞ dollarına bərabər olub. SİA birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə mart fyuçerslərinin qiyməti də 0,07% artaraq 30,91 ABŞ dollarına bərabər olub.
Daha çoxDay: January 29, 2025
“Ən cavan seçimizin isə 18 yaşı var”
23 saylı Nəsimi-Səbail seçki dairəsinin 12 saylı məntəqəsinin sədri Aytən Baxşıyeva seçki prosesi barədə məlumat verib. O, SİA-ya açıqlamasında deyib ki, seçkilər çox aktiv şəkildə keçirilir”. Onun sözlərinə görə, seçkilərə hal-hazırda 65 seçici gələrək səs verib. Seçki zamanı 12 şəxs üçün daşınan qutu təşkil edilib və onlar öz seçki hüquqndan istifadə edə biləcəklər. Hal-hazırda ən yaşlı seçicimiz 87 yaşlı şəxsdir. Ən cavan seçimizin isə 18 yaşı var. Ümumi siyahıya əsasən hal-hazırda 1043 seçicimiz var”.
Daha çoxDünya fond bazarlarının əsas indeks göstəriciləri
Yanvarın 28-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.31% – 44,850.35 bəndədək, S&P 500 indeksi 0.92% – 6,067.70 bəndədək, Nasdaq indeksi isə 2.03% – 19,733.59 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında yanvarın 28-də FTSE 100 indeksi 0.35% – 8,533.87 bəndədək artıb, Fransanın CAC-40 indeksi isə 0.12% – 7,897.37bəndədək azalıb, Almaniyanın DAX indeksi 0.70% – 21,430.58 bəndədək artıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.09% artaraq 1.0439 dollar təşkil edib.
Daha çox37 saylı seçki məntəqəsində seçki prosesinə start verilib
Məlumdur ki, bu gün saat 08:00-dan Azərbaycanda seçki məntəqələri bələdiyyə seçkilərində səsvermə üçün açılıb. Həmçinin, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 37 saylı seçki məntəqəsində seçki prosesinə start verilib. SİA məntəqədən görüntüləri təqdim edir. Xatırladaq ki, səsvermə bu gün axşam saat 19:00-a qədər davam edəcək. Qeyd edək ki, seçki ilə əlaqədar ölkədə qeyri-iş günüdür. Ayaz Zeynalzadə
Daha çoxOmbudsman seçkiləri müşahidə edir
23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı seçki məntəqəsində səsvermə prosesi başlayıb. SİA-nın verdiyi məlumata görə, məntəqə səhər saat 08:00-dan etibarən seçicilər üçün açılıb. Ombudsman Səbinə Əliyeva səsvermə prosesində müşahidəçi qismində iştirak edir. Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır. Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.
Daha çoxSəsverməni 80 minə yaxın müşahidəçi izləyəcək
Səsvermə günü seçki məntəqəsində prosesi müşahidə etmək hüququ olan şəxslərin sayı 80 minə yaxındır. SİA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin başlaması haqqında danışarkən deyib. O qeyd edib ki, seçkilərə hazırlıq prosesi tam şəkildə həyata keçirilib: “Bələdiyyə seçkiləri bütün tələblərə uyğun təşkil edilib. Müşahidəçilərin və məntəqə və dairə seçki komissiyalarının, o cümlədən ekspert qruplarının üzvləri daxil olmaqla seçkini ümumilikdə 71 min 209 nəfər müşahidə edə biləcək. Media nümayəndələrini də əlavə etsək, səsverməni müşahidə etmək hüququ olanların sayı 80 minə yaxındır”. Qeyd edək ki,…
Daha çox“Veb-kameralar praktikasından istifadə edilir”
“Seçkilərin müşahidəsində veb-kameralar praktikasından istifadə edilir”. SİA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov söyləyib. O qeyd edib ki, bələdiyyə seçkiləri müasir tələblərə uyğun olaraq təşkil edilib: “İstənilən ölkədən maraqlı tərəfin Mərkəzi Seçki Komissiyasının saytına daxil olaraq seçkiləri müşahidə edə bilər. Bu, beynəlxalq səviyyədə Azərbaycan praktikası kimi qəbul edilir”. MSK sədri vurğulayıb ki, seçki prosesində hər hansı neqativ hallar qeydə alınsa, müvafiq məntəqədən dairəyə, oradan isə MSK-ya məlumat veriləcək. O bildirib ki, seçkilərin ilkin nəticələri bu gün gecə saatlarında ictimaiyyətə çatdırılacaq.
Daha çox“Məntəqədə aktivlik müşahidə olunur”
Məlumdur ki, bu gün saat 08:00-dan Azərbaycanda seçki məntəqələri bələdiyyə seçkilərində səsvermə üçün açılıb. Həmçinin, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 37 saylı seçki məntəqəsində seçki prosesinə start verilib. SİA-nın əməkdaşı məntəqədə olan müşahidəçi Ruslan Əlizadənin seçki prosesi barədə fikirlərini öyrənib. Onun sözlərinə görə, hazırda, yəni saat 08:30 dan etibarən məntəqədə aktivlik müşahidə olunur: “Hələ ki, seçkilərlə bağlı bir narazılıq qeydə alınmayıb”. Xatırladaq ki, səsvermə saat 19:00-a qədər davam edəcək. Ayaz Zeynalzadə
Daha çoxDünya Bankının Azərbaycanla yeni Ölkə Tərəfdaşlıq Çərçivəsi qəbul olunub
Dünya Bankı Qrupunun (DBQ) Direktorlar Şurası bu gün Azərbaycanla yeni Ölkə Tərəfdaşlıq Çərçivəsini (ÖTÇ) müzakirə edib. SİA xəbər verir ki, ÖTÇ növbəti beş ildə ölkə ilə strateji münasibətlərin istiqamətlərini müəyyənləşdirir və Azərbaycanın daha rəqabət qabiliyyətli, daha yaşıl və inklüziv iqtisadiyyata keçidini və ölkənin qarşısında duran əsas inkişaf çağırışlarının öhdəsindən gəlməyi dəstəkləyəcək. Bu strategiya iki yüksək səviyyəli nəticəyə fokuslanıb: məhsuldarlığın artırılması və daha yaxşı məşğulluq, iqtisadiyyatın dayanıqlığı, dözümlülüyünün artırılması. ÖTÇ Azərbaycanda xüsusən aşağıdakıları dəstəkləyəcək: Biznes mühitinin təkmilləşdirilməsi və daha çox, daha yaxşı məşğulluq imkanları, o cümlədən, iş yerlərinin yaradılmasına, mikro, kiçik…
Daha çox“Ən yaşlı seçicinin 81 yaşı var”
23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı seçki məntəqəsində səsvermə prosesi başlayıb. Məntəqə sədri Jalə Zeynalova SİA-ya açıqlamasında bildirib ki, seçki tam şəffaf keçirilir. O bildirib ki, ən yaşlı seçicinin 81 yaşı var. Əlliyi olan şəxslərə evindən səs vermələri üçün tam şərait yaradılıb”.
Daha çox