Bələdiyyə seçkiləri müasir tələblərə uyğun olaraq təşkil edilib

“Bələdiyyə seçkilərində ümumilikdə 71 min 209 nəfərin səsverməni müşahidə etmək hüququ var. Onların sırasına media nümayəndələri daxil deyil”. SİA xəbər verir ki, bu sözləri bələdiyyə seçkilərinin başlaması ilə əlaqədar keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov söyləyib. O qeyd edib ki, bələdiyyə seçkiləri müasir tələblərə uyğun olaraq təşkil edilib. Seçkilərin müşahidəsində veb-kameralar praktikasından istifadə edildiyini deyən M.Pənahov istənilən ölkədən maraqlı tərəfin Mərkəzi Seçki Komissiyasının saytına daxil olaraq seçkiləri müşahidə edə biləcəyini vurğulayıb. Bu, beynəlxalq səviyyədə Azərbaycan praktikası kimi qəbul edilir.

Daha çox

Hərbi hissələrdə, penitensiar xidmət məkanlarında müşahidəçi qismində iştirak edəcəyik

“Gün ərzində ombudsman və Aparatın əməkdaşları müxtəlif qapalı müəssisələrdə, hərbi hissələrdə, penitensiar xidmət məkanlarında müşahidəçi qismində iştirak edəcək”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında ombudsman Səbinə Əliyeva deyib. Artıq uzun illərdir ki, ombudsmanın Azərbaycanda keçirilən seçkiləri müşahidə etdiyini bildirən S.Əliyeva məntəqələrdə daim əlilliyi olan şəxslərin seçki prosesində iştirakının təmin olunmasını xüsusilə diqqətdə saxladıqlarını qeyd edib. Qeyd edək ki, ombudsman Səbinə Əliyeva 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı seçki məntəqəsində həm səsvermə prosesində iştirak edib, həm də seçki prosesini müşahidə edib.

Daha çox

“Hazırda seçki ilə bağlı heç bir narazılıq yoxdur”

23 saylı Nəsimi-Səbail seçki dairəsinin 37 saylı seçki məntəqəsində seçki prosesi davam edir. SİA-nın əməkdaşı məntəqə sədri Könül Təhmazovanın seçki prosesi barədə fikirlərini öyrənib. Məntəqə sədrinin sözlərinə görə, hazırda səsvermədə aktivlik müşahidə edilir: “Vətəndaşlar aktiv şəkildə seçkidə iştirak edirlər. Hazırda seçki ilə bağlı heç bir narazılıq yoxdur. Aktivliyin artacağı gözlənilir’’. Ayaz Zeynalzadə

Daha çox

Aran zonasında səsvermə başlayıb

Azərbaycanın Aran zonasında bələdiyyə seçkiləri üzrə seçici fəallığı müşahidə olunur. SİA-nın məlumatına görə, Salyan rayonunda 2 – 64 saylı Salyan və 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsi fəaliyyət göstərir. 65 saylı seçki dairəsində 50 seçki məntəqəsi yaradılıb. Bunların 38-i Salyanda, 6-ı Biləsuvarda, 6-i da Neftçalada yerləşir. Bələdiyyə seçkilərində 52 min 665 nəfər, o cümlədən Salyanda 39 min 394, Biləsuvarda 7 min 477, Neftçalada isə 5 min 794 seçici qeydiyyatdadır. Seçki prosesini birbaşa izləmək üçün məntəqələrdə 9 veb-kamera quraşdırılıb. Bu gün keçirilən bələdiyyə seçkilərini dairədə 584 yerli müşahidəçi izləyir. Seçki dairəsində 7…

Daha çox

“Bununla bağlı təqvim planı təqdim edilib”

“Bu gün ölkəmizdə 685-ci bələdiyyə seçikiləri baş tutur”. Bunu SİA-ya Mərkəzi Seçki Komissiyasının üzvü Şaitdin Əliyev deyib. O bildirib ki, əvvəllər bələdiyyələrin sayı çox idi: “Lakin daha sonra bu bələdiyyələr birləşdi, ilk dəfə olaraq bu sayda təşkil olunur. Bununla əlaqədar olaraq Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı qərarı qəbul etdikdən sonra Təqvim Planı təqdim etmişdir. Yerlərdə istər siyasi partiyalar, istər 18 yaşı tamam olmuş vətəndaş öz namizədliyini irəli sürüb. Təkcə bu faktı göstərmək lazımdır ki, qeydiyyat vərəqəsi alan namizədlərin 99,7 faizi hamısı vərəqələrini qaytarıb. Bu bir daha onu…

Daha çox

Sumqayıtda səsvermə seçici fəallığı ilə başlayıb

Sumqayıt şəhərində səhər saat 8:00-dan etibarən, bələdiyyə seçkiləri üzrə səsverməyə start verilib. SİA-nın məlumatına görə, səsvermədə seçici fəallığı müşahidə olunur. Sumqayıt şəhəri üzrə ümumilikdə 272 min 474 seçici səsvermə hüququna malikdir. Onlardan 1841-i ilk dəfə səs verəcək. Həmçinin 80-100 yaşlı seçicilərin sayı 3 min 593, yaşı 100-dən yuxarı olanların sayı sə 1-dir. Sumqayıtda 6 dairə üzrə 210 məntəqə var. Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək. Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min…

Daha çox

İlham Əliyev 1 saylı seçki məntəqəsində səs verib

Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilir. SİA xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində səs verib. Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb. Qeyd edək ki, Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 1 saylı seçki məntəqəsində 576 seçici qeydiyyata alınıb. Bu seçki dairəsi üzrə 31 namizəd mübarizə aparır.

Daha çox