Seçici fəallığının ən yüksək olduğu seçki dairəsinin adı açıqlanıb

Azərbaycanda keçirilən bələdiyyə seçkilərində saat 10:00-a olan məlumata görə, seçici fəallığının ən yüksək olduğu seçki dairəsinin adı açıqlanıb. SİA xəbər verir ki, 3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsində ən yüksək seçici fəallığı müşahidə olunub. Bu seçki dairəsində 47 min 95 seçicidən 8 min 494 nəfəri (18.04 faiz) səsvermədə iştirak edib.

Daha çox

Azərbaycan Prezidenti Çin Sədrini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Çin Sədri Si Cinpinə təbrik məktubu göndərib. SİA-nın məlumatına görə, məktubda deyilir: “Hörmətli cənab Sədr, Qarşıdan gələn Bahar bayramı münasibətilə Sizə və Sizin simanızda dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Çin təqvimi ilə yeni ilin qədəm basmasını qeyd edən, təbiətin oyanışının və həyatın yenidən canlanmasının rəmzi olan Çuntsze bayramının bütün xalqınıza xoş əhvali-ruhiyyə, bol ruzi-bərəkət və rifah bəxş etməsini arzulayıram. Azərbaycan-Çin dövlətlərarası əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi məmnunluq doğurur. Biz Çin ilə sağlam təməllər üzərində qurulmuş, qarşılıqlı…

Daha çox

III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri dəyişib

III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri dəyişib. SİA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamla Baş nazirin müavini Samir Şərifov Təşkilat Komitəsinin sədri, gənclər və idman naziri isə sədr müavini təyin olunub. Qeyd edək ki, bundan əvvəl Təşkilat Komitəsinin sədri vəzifəsini gənclər və idman naziri icra edirdi.

Daha çox

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı ictimai dinləmə keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən və Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Şabran rayonunda ictimai dinləmə təşkil olunacaq. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, tədbirdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydalarına dair iştirakçılara ətraflı məlumat veriləcək və onları maraqlandıran suallar cavablandırılacaq. İctimai dinləmə yanvarın 30-da saat 12:00-da Şabran şəhərində, Heydər Əliyev Mərkəzində (Şabran şəhəri, Heydər Əliyev pr. 60 A) təşkil ediləcək.

Daha çox

Naxçıvanda 970 namizəd mübarizə aparır

Bələdiyyə seçkiləri Naxçıvan Muxtar Respublikasında 6 dairə, 330 məntəqə üzrə 44 bələdiyyəni əhatə edir. Həmin dairələrdə, ümumilikdə, 286 min 956 seçici qeydiyyata alınıb ki, onlardan 1889-u ilk dəfə səsvermə hüququndan istifadə edəcək. SİA Naxçıvan Tibb Kollecində yerləşən və 1262 seçicinin qeydə alındığı 4 saylı Naxçıvan şəhər seçki dairəsinin 12 saylı məntəqəsində prosesi izləyib. Bu məntəqədə seçkilərin yüksək əhvali-ruhiyyədə keçməsi, şəffaflığın təmin olunması, yerli müşahidəçilərin, eləcə də media nümayəndələrinin prosesi sərbəst izləməsi üçün əlverişli şərait yaradılıb, veb-kamera quraşdırılıb. 4 saylı Naxçıvan şəhər seçki dairəsinin sədri Ramil Sadiqovun verdiyi məlumata görə, dairə…

Daha çox

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. SİA xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,34 ABŞ dolları və ya 0,43% azalaraq 79,14 ABŞ dollarına enib. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 79,48 ABŞ dolları təşkil edib.

Daha çox

Bakıda AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin birinci iclası keçiriləcək

Fevralın 27-də Azərbaycanın sədrliyi ilə Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Yüksək Vəzifəli Şəxslər Komitəsinin birinci iclası keçiriləcək. Bu barədə SİA AQEM-in mətbuat xidmətinə istinadən xəbər verir. İclasın iştirakçıları xüsusilə sədrliyin baxışını və üzv dövlətlərin 2025-2026-cı illər üçün təşəbbüslərini müzakirə edəcəklər. Tədbirin təşkilatçısı AQEM Katibliyinin dəstəyi ilə Azərbaycan Xarici İşlər Nazirliyidir.

Daha çox

MSK saat 10.00-a olan seçici fəallığını açıqlayıb

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesində saat 10:00-a olan seçici fəallığını açıqlayıb. SİA-nın xəbərinə görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 10.00-a qədər respublika üzrə 499575 nəfər səs verib, seçici fəallığı 8,35 faiz olub. Qeyd edək ki, bələdiyyə seçkilərinə bu gün saat 08:00-da start verilib. Seçkilər saat 19:00-da başa çatacaq. Bundan əlavə, MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək. Səsvermənin gedişi və nəticələri barədə…

Daha çox

Hindistanda dini festivalda izdiham olub

Hindistanda dünyanın ən böyük dini festivalı olan Kumb Melada izdiham yaşanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, 15 nəfər həyatını itirib. Prayaqrac şəhərində minlərlə insan Kumb Mela dini festivalına toplaşıb. Festivaldan əvvəl iştirakçıların 400 milyona çatacağı gözlənilirdi. Yanvarın 14-də başlayan festivalın bu gün iştirakçı sayına görə pik həddə çatacağı gözlənilir.

Daha çox