Baş nazir Benyamin Netanyahunun ofisi bildirib ki, HƏMAS onları yanvarın 30-da Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində azad edəcək.
SİA-nın məlumatına görə, onlar siyahıya daxil olan şəxslərin dəqiq sayını açıqlamayıb, “girovların ailələrinə məlumat verildikdən sonra ətraflı şərhlərin veriləcəyini” qeyd ediblər. İsrail telekanalları HƏMAS-ın üç həmyerlisini və beş Tailand vətəndaşını azad edə biləcəyini bildirir.
Fələstin anklavında münaqişə tərəfləri yanvarın 19-dan 42 gün müddətinə atəşkəs haqqında razılığa gəliblər. Razılaşmanın təminatçısı Qətər, Misir və ABŞ-dır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə