“Bu, Putini diz çökməyə məcbur edəcək”..?




Yaxın gələcəkdə iki amil meydana çıxacaq…



…Etiraf edilməlidir ki, bu gün genişmiqyaslı müharibə əsasən Ukrayna ərazisində getsə də, amma ruslar daha çox problemlərlə üzləşirlər.

SİA-nın elə rus saytlarından əldə etdiyi məlumata görə, Ukrayna Müdafiə Qüvvələrinin Rusiya hərbi obyektlərinə hücumları davam edir ki, bu da danışıqlar prosesində düşmənin mövqelərinin zəiflədiyini göstərir.

Xatırladaq ki, 2007-2009-cu illərdə Ukraynanın Xarici İşlər Naziri Volodimir Oqrızko “Kanal 24”-ə deyib ki, düşmən xəttinin arxasında neft emalı və aviasiya sənayesinə edilən hücumlar nəinki potensial danışıqlarda Ukraynanın mövqeyini gücləndirir, həm də Rusiya iqtisadiyyatının çökməsinə gətirib çıxarır.

İndi də deyilənlərə görə, bu Putin rejiminin süqutunu stimullaşdırmaqla yanaşı, həm də sürətləndirir..?

…Volodimir Oqrızko qeyd edir ki, Ukrayna hərbçilərinin səyləri və fədakarlığı sayəsində Ukraynanın qələbəsini yaxınlaşdıran nəticələr əldə etmək mümkündür.

…İşğalçılar onların “ildırım” hücumunun bu qədər uzun sürəcəyini gözləmirdilər. Onlar bunun sürətli, uğurlu, “qalib” və üç gün ərzində olacağını gözləyirdilər, ona görə də rusların “B, C, D planları” yox idi.

Bunu qeyd etdiyimiz kimi, Ukraynanın keçmiş xarici işlər naziri bildirib.

O qeyd edib ki, rusların Ukrayna Silahlı Qüvvələrinin hücumlarını dəf etmək üçün kifayət qədər hava hücumundan müdafiə sistemi yoxdur.

…Rusiya böyük ölkədir. Bəziləri bunu həmişə üstünlük hesab edirdi, amma indi hamı bunun böyük problem olduğunu görür. Ruslar getdikcə daha az gücə və öz ərazilərini müdafiə etmək qabiliyyətinə malikdirlər.

Bunu deyən keçmiş nazir əlavə edib ki, yaxın gələcəkdə Vladimir Putini diz çökdürə biləcək iki amil var.

…Birincisi, Rusiyaya iqtisadi təzyiq, ikincisi isə, işğalçı ölkənin bütün Avropa ərazisində Rusiya infrastrukturunun məqsədyönlü şəkildə məhv edilməsidir.

Əli Babayev

Əlaqəli Xəbərlər