ABŞ Federal Məhkəməsi Ağ evin federal qrantları dayandırmaqla bağlı qərarını bloklayıb


ABŞ Federal Məhkəməsi Tramp administrasiyasının bütün federal yardımı dondurmaq planlarının bir hissəsini müvəqqəti olaraq bloklayıb. SİA-nın məlumatına görə, Vaşinqton dairə hakimi Loren Ali Xan tərəfindən təsdiqlənən qısamüddətli fasilə federal hökumət tərəfindən artıq verilmiş qrantlar üçün maliyyəni dayandırmaqla bağlı qərarı fevralın 3-ü yerli vaxtla saat saat 17:00-a qədər dondurmağı nəzərdə tutur.

Qeyd edək ki, Ağ evin İdarəetmə və büdcə ofisi federal qrant və kreditlərin müvəqqəti dayandırılması ilə bağlı memorandum qəbul edib. Sənədə əsasən federal agentliklər bütün federal maliyyə yardımının ödənilməsi və digər öhdəliklərlə bağlı fəaliyyətləri müvəqqəti olaraq dayandırmalıdır. Fasilə yeni qrantların verilməsinə də şamil ediləcək.

Bildirilir ki, qərar milyonlarla amerikalıya təsir edən dövlət proqramlarını dayandırmağı nəzərdə tutur və bu, hökumət xərclərinə təsir edə bilər.

Əlaqəli Xəbərlər