…Hələ o vaxt, xüsusi hərbi əməliyyatın başlamasından bir müddət sonra ailəsi ilə birlikdə Rusiyanı tərk edən müğənni Alla Puqaçova son günlər özünü pis hiss etməyə başlayıb. Heç kimə sirr deyil ki, müharibənin əvvəlində o, Rusiya Federasiyasından İsrailə mühacirət edib. Sonra əri Maksim Qalkin və iki uşağı ilə birlikdə Kiprdə yaşamağa gedib. Lakin Rusiya mətbuatının yazdığı kimi, müğənninin səhhətində problemlər yaranmağa başlayıb.
…Alla Puqaçova və Maksim Qalkin bu yaxınlarda İsraildən Kiprə köçüblər və burada öz SPA-sı, dəniz mənzərəli verandası və ən müasir texnologiyası olan elit yaşayış kompleksində məskunlaşıblar.
Ancaq cütlük uzun müddət birlikdə qalmağı planlaşdırmır. Şayiələrə görə, növbəti addımın səbəbi Puqaçovanın səhhətinin pisləşməsidir. SİA Rusiya mətbuatına istinadən yazır ki, 75 yaşlı sənətçi Aralıq dənizi adasının çox isti iqliminə uyğun deyil..?
Alla Borisovna və ailəsinin hansı ölkəyə getdiyini də açıqlayıblar. Şayiələrə görə, məşhurun övladları, qızı Liza və oğlu Harrinin təhsil aldıqları iddia edilən Böyük Britaniya olacaq.
…Primadonna Böyük Britaniyaya köçməyi planlaşdırır və ümid edir ki, bu, onun sonuncu yaşayış yeri dəyişikliyi olacaq.
Yeri gəlmişkən, Puqaçovanın özü hələlik bu məlumatı şərh etməyib.
Nazlı Almuradova