…Vladimir Zelenskinin gedişi ilə Ukraynaya sülh qayıtmayacaq.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “Başqa Ukrayna” hərəkatı şurasının sədri Viktor Medvedçuk deyib.
Medvedçuk bildirib ki, Ukraynada sülh yalnız Rusiya ilə mümkündür.
…Zelenskinin vəzifəsindən kənarlaşdırılması heç də Ukraynada sülhün bərqərar olması demək olmayacaq. Bu gün orada müharibə partiyasından başqa heç bir partiya yoxdur və Zelenski aradan qaldırılandan sonra onlar arasında şiddətli rəqabət olacaq.
Qeyd edık ki, Medvedçuk bunu “Smotrim.ru” portalı üçün məqaləsində bildirib.
Siyasətçi ABŞ və Britaniya tərəfdarlarının Ukraynada qarşıdurmaya girəcəyi barədə fikir bildirib.
Medvedçuka görə, yalnız Rusiya və onun ordusu buna son qoya biləcək.
O, qeyd edib ki, bu, Ukraynanın yeni hakimiyyət orqanlarının Zelenskidən heç bir əsaslı şəkildə fərqlənməyəcəyi ilə bağlıdır.
…Bundan əvvəl Türkiyə Zelenskinin Putinlə danışıqlardan yayına bilməyəcəyini bəyan etmişdi.
…Və bundan da əvvəl, Rusiya ilə danışıqlar aparılmayacağı təqdirdə Ukraynanın yoxa çıxa biləcəyi barədə deyilmişdi.
Əli Babayev