Konqoda üsyançılar Qoma hava limanını ələ keçirib


…“23 Mart Hərəkatı” (M23) üsyançı qruplaşması Konqo Demokratik Respublikasının şərqindəki Qoma şəhərinin hava limanına nəzarəti ələ keçirib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Aeroportun ələ keçirilməsi ilə bağlı məlumatı agentliyə Konqo Demokratik Respublikasının müstəqil seçki komissiyasının keçmiş sədri və Konqo Çay Alyansının hazırkı rəhbəri Korney Nanqaa ötürüb.

Məlumatı diplomatik və təhlükəsizlik mənbələri təsdiqləyib. Hazırda Qoma şəhərində gərgin döyüşlər davam edir. Yanvarın 27-də “23 Mart Hərəkatı” (M23) qrupu DRC-nin Şimali Kivu əyalətinin paytaxtı Qoma şəhərinin tutulduğunu bildirib.

Üsyançıların lideri Kornel Nanqunun sözlərinə görə, şəhər yanvarın 26-da alınıb. Onun sözlərinə görə, Qoma və onun ətrafındakı hökumət qoşunları bir gecədə silahlarını yerə qoymalıdırlar.

BMT sözçüsü “Reuters” agentliyinə deyib ki, Ruanda qoşunlarının M23 üsyançılarına dəstək verdiyinə şübhə yoxdur.

Onun sözlərinə görə, BMT-nin Konqo missiyasının bölmələri öz mövqelərindədirlər, dünya təşkilatı münaqişənin daha geniş yayılması riskindən qaçmaq istəyir. Yanvarın 28-də məlum olub ki, etirazçıların binaya atdığı təkərlərin yanması səbəbindən ABŞ-ın Konqo Demokratik Respublikasındakı səfirliyinin ərazisində yanğın başlayıb.

Nümayişçilərin Hollandiyanın Kinşasadakı səfirliyinə hücum etdiyi də bildirilib.

Əli Babayev

Əlaqəli Xəbərlər