Yurd yuvalarından didərgin düşmüş 300 000 fələstinli Qəzzanın şimalına qayıdıb.
SİA xəbər verir ki, Qəzzadakı media ofisinin məlumatına görə, 300 mindən çox məcburi köçkün ”Həmas” və İsrail arasında əldə olunan atəşkəs razılaşması çərçivəsində Qəzzanın şimalına qayıdıb.
Yanvarın 19-da qüvvəyə minən atəşkəs İsrailin Qəzzada apardığı müharibəyə son qoydu. İsrailin 470 gün ərzində törədiyi hücumlar nəticəsində 47 300-dən çox adam həyatını itirdi, çox sayda adam yaralandı və itkin düşdü.
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi hərbi cinayətlərə görə İsrail liderlərinin həbsinə order verib.
Bütün xəbərlər Facebook səhifəmizdə