Yanvarın 27-də gözlənilən hava şəraiti açıqlanıb

[ad_1] Yanvarın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında yarımadanın bəzi yerlərində az çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 773 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Səhər qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın…

Daha çox

Lukaşenko 7-ci dəfə prezident seçildi

[ad_1] İlkin məlumatlara görə, Belarus Prezidenti Aleksandr Lukaşenko prezident seçkilərində qalib gəlib – seçicilərin 86,82 faizi ona səs verib. SİA TASS-a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Respublika Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko deyib. “Belarus Respublikasını təbrik edə bilərsiniz, biz prezident seçmişik”, – o bildirib. Belarus Mərkəzi Seçki Komissiyası yekun məlumatları fevralın 3-də elan edəcək. 70 yaşlı Lukaşenko Belarusun ilk və hazırda yeganə prezidentidir – əslində o, bu vəzifəni 1994-cü il iyulun 20-dən tutur. Lukaşenko 1994, 2001, 2006, 2010, 2015, 2020 və 2025-ci illərdə keçirilən prezident seçkilərində iştirak…

Daha çox

ABŞ Kolumbiya vətəndaşlarına viza verilməsini dayandırıb

[ad_1] ABŞ dövlət katibi Marko Rubio ABŞ-ın Kolumbiyadakı Səfirliyinin konsulluq şöbəsinə viza verilməsini dayandırmaq barədə tapşırıq verib. SİA-nın Dövlət Departamentinə istinadən verdiyi məlumata görə, bu addım Kolumbiya Prezidenti Qustavo Petronun ABŞ-dan göndərilən iki repatriasiya təyyarəsini qəbul etməkdən imtina etməsindən sonra atılıb. Həmçinin ABŞ-ın repatriasiya uçuş əməliyyatlarına müdaxiləyə görə məsuliyyət daşıyan şəxslərə və onların ailələrinə səyahət qadağası da qüvvəyə minib. Bildirilir ki, Kolumbiya öz vətəndaşlarının qaytarılmasını qəbul etmək öhdəliyini yerinə yetirənə qədər tədbirlər davam edəcək. [ad_2]

Daha çox

Türkiyədə hoteldəki yanğınla bağlı saxlanılanların sayı artıb

[ad_1] Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortundakı hoteldə baş verən yanğınla bağlı saxlanılanların sayı 18 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə “A haber” telekanalı məlumat yayıb. Qeyd olunub ki, məhkəmə Bolu Bələdiyyə sədrinin müavini Sedat Gülənər, yanğınsöndürmə rəisinin müavini Kənan Coşkun və yanğınsöndürmə idarəsinin əməkdaşı İrfan Acarın həbs edilməsi barədə qərar çıxarıb. Xatırladaq ki, hadisə yanvarın 21-də gecə baş verib. Hoteldə ümumilikdə 238 qonaq olub. Yanğın nəticəsində 78 nəfər ölüb, 50-yə yaxın insan xəsarət alıb. Saxlanılan şəxslər hoteldə yanğın təhlükəsizlik qaydalarının pozulmasında ittiham edilir. [ad_2]

Daha çox

ABŞ-a etiraz Kolumbiyaya baha başa gəldi

[ad_1] ABŞ hökuməti Kolumbiyadan idxal olunan mallara əlavə 25% rüsum tətbiq edəcək. SİA xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp sahibi olduğu “Truth Social”da yazıb. “Kolumbiyadan ABŞ-a daxil olan bütün mallar üçün 25% fövqəladə rüsumlar tətbiq ediləcək. Bir həftə ərzində 25%-lik tariflər 50%-ə qaldırılacaq”, – o vurğulayıb. Bundan əlavə, Birləşmiş Ştatlar Kolumbiya rəsmiləri və digər rəsmi şəxslərin ölkəyə girişinə məhdudiyyətlər, bank və maliyyə sisteminə sanksiyalar, habelə Kolumbiya hökumətini dəstəkləyən şəxslərə viza məhdudiyyətləri tətbiq edəcək. ABŞ prezidenti həmçinin milli təhlükəsizlik məqsədilə Kolumbiya vətəndaşları və yükləri üzərində sərhəd və gömrük…

Daha çox

Dünya 2100-cü ilə qədər 1,9°C ilə 3,7°C arasında istiləşmə yolundadır

[ad_1] Dünyada istixana qazı emissiyalarının azaldılması istiqamətində müəyyən irəliləyişlər əldə olunsa da, hazırkı siyasətlər hələ də Yerin təhlükəli səviyyədə istiləşməsinə səbəb olacaq. SİA “New Scientist” jurnalına istinadla xəbər verir ki, son araşdırmalara görə, bu siyasətlər 2100-cü ilə qədər planetin 1,9°C ilə 3,7°C arasında istiləşməsi ilə nəticələnə bilər. Üstəlik, 22-ci əsrdə bu istiləşmənin davam etməsi ehtimalı yüksəkdir. Kaliforniyada yerləşən “Stripe” şirkətinin iqlimşünası Zeke Hausfather bildirir ki, 2100-cü ildən sonra da karbon emissiyaları davam edərsə, qlobal temperatur daha da yüksələcək. Onun təhlilləri son beş ildə dərc edilmiş ondan çox tədqiqatın icmalına əsaslanır.…

Daha çox

Elton ilk dəfə qızını göstərdi

[ad_1] Əməkdar artist Elton Hüseynəliyevin ilk dəfə qızı Nuray ilə fotosu yayılıb. SİA xəbər verir ki, fotonu sənətçinin həyat yoldaşı Tamilla Hüseynəliyeva sosial media hesabında paylaşıb. O, şərh bölməsinə “Deyirlər qızlar atalarını çox sevir. Allah bütün balaları qorusun” sözlərini yazıb. [ad_2]

Daha çox

Belarusda heç vaxt belə seçki olmayıb

[ad_1] Ölkədə heç vaxt belə sakit seçkilər keçirilməyib və vəziyyət tam nəzarət altında olub. SİA xəbər verir ki, bu barədə Belarusun daxili işlər naziri İvan Kubrakov deyib. “Soydaşlarıma qanuna tabe olan davranışlarına görə təşəkkür edirəm. Xaricdən vəziyyəti təhrif etməyə çalışsalar da, bizdə heç vaxt belə sakit seçkilər, seçki kampaniyaları olmayıb. Bunu rəqəmlər də sübut edir”, – deyə o bildirib. Qeyd edək ki, ötən gün Belarusda prezident seçkiləri baş tutub. Seçkilərdə seçici fəallığı 50%-dən çox olub və ekzit-pollun məlumatına görə, Lukaşenko 87,6% səslə qalib gəlib. Avropa Birliyi Belarusda seçkiləri tanımadığını bəyan…

Daha çox

Gürcüstan yenidən qarışdı

[ad_1] Tbilisidə Gürcüstan parlamentinin binası yaxınlığında, eləcə də ölkənin iri şəhərlərində – Batumi, Zuqdidi və Kutaisidə yeni hökumət əleyhinə etirazlar keçirilir. SİA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Tbilisidə keçirilən aksiyada bir neçə yüz nəfər iştirak edib. Agentlik qeyd edib ki, nümayişçilər yeni seçkilərin keçirilməsini və mitinqlər zamanı saxlanılan şəxslərin azad edilməsini tələb edirlər. Parlamentin qarşısındakı mərkəzi Rustaveli prospekti nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb. Gürcüstanda ilk etiraz dalğası ötən il oktyabrın 26-da hakim “Gürcü arzusu” partiyasının qalib gəldiyi parlament seçkilərindən sonra başlayıb. Partiya, parlamentdəki 150 yerdən 89-unu…

Daha çox