[ad_1] Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 27-də Belarus Prezidenti Aleksandr Lukaşenkoya zəng edib. SİA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı Aleksandr Lukaşenkonu Belarus Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb. Prezident Aleksandr Lukaşenko göstərilən diqqətə və təbrikə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. Telefon danışığı əsnasında dövlət başçıları iki ölkə arasında dostluq və tərəfdaşlıq əlaqələrinin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliklərini ifadə edərək, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. [ad_2]
Daha çoxDay: January 27, 2025
Prezident Qvineyanın yeni səfirinin etimadnaməsini qəbul edib
[ad_1] Prezident İlham Əliyev yanvarın 27-də Qvineyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Umar Kandenin etimadnaməsini qəbul edib. SİA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. [ad_2]
Daha çoxPakistanda tanker partlayıb – xeyli sayda ölü və yaralı var
[ad_1] Pakistanda tanker partlayıb – xeyli sayda ölü və yaralı var [ad_2]
Daha çoxParlamentdə ictimai müzakirə və dinləmələr keçiriləcək
[ad_1] Milli Məclisdə ölkədəki dini durumla bağlı ictimai müzakirə və dinləmələr keçiriləcək. SİA xəbər verir ki, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin yaz sessiyası üzrə İş planına əsasən, sessiya müddətində altı dinləmənin keçirilməsi nəzərdə tutulur. İctimai dinləmələr ictimai birliklərin və siyasi partiyaların mövcud durumu, ölkədəki dini durum, dini abidələrin vəziyyətinə həsr ediləcək. Həmçinin komitə vətəndaş cəmiyyəti institutlarının Qərbi Azərbaycana qayıdış mövzusunu beynəlxalq platformalara daşıması məsələləri, işğaldan azad edilmiş ərazilərdəki dini abidələrin durumu, bərpası ilə bağlı qarşıya çıxan problemlər və həqiqətlərin beynəlxalq ictimai rəyə çatdırılması imkanlarının müvafiq komitələrlə birgə ictimai…
Daha çox179 nəfərin öldüyü təyyarə qəzasının səbəbləri hələ də müəmmalıdır
[ad_1] 29 dekabr 2024-cü ildə Cənubi Koreyada sərnişin təyyarəsinin eniş zamanı idarəetmədən çıxması və 179 nəfərin həyatını itirməsi nəticəsində baş verən qəza ilə bağlı dərc edilən hesabatda təyyarənin mühərrikində quş qalıqlarının tapıldığı açıqlanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, qəzanın səbəbi hələ müəyyən edilməyib. “Yonhap”ın məlumatına görə, Cənubi Koreyanın Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyinin istintaq komitəsi sözügedən qəza ilə bağlı hesabatı dərc edib. Hesabatda qəzanın səbəbinin hələ müəyyən edilmədiyi, daha dəqiq nəticəyə gəlmək üçün analiz edilmək üçün FDR və CVR məlumatlarının əldə edilməsinin bir neçə ay çəkə biləcəyi qeyd…
Daha çoxAğsuda 21248 nəfər içməli su ilə təmin olunur
[ad_1] Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Ağsu Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi Ağsu rayonunda əhalinin içməli su təlabatını ödəmək, o cümlədən rayon ərazisində əkin sahələrinin suvarılmasını təmin etmək üçün işlərini günün tələblərinə uyğun olaraq davam etdirir. SİA xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib. Bildirilib ki, Ağsu Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi 5867 abonent olmaqla 21248 nəfər əhaliyə xidmət göstərir. İdarə ictimai bulaqlar vasitəsilə 42, modul tipli su təmizləyici qurğularla 14 kəndi içməli su ilə təmin edir. İstismar tədbirləri planına uyğun…
Daha çoxƏlahiddə Ümumqoşun Orduda gənc əsgərlərin hazırlığına xüsusi diqqət göstərilir
[ad_1] Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) xidmətə yeni qəbul olunan gənc əsgərlərə daim qayğı göstərilir, onların adaptasiya prosesinə xüsusi həssaslıqla yanaşılır və hazırlığına diqqət yetirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, çağırışçılar tibb məntəqəsində hərbi həkim komissiyası tərəfindən təkrar müayinə edildikdən sonra mövsümə uyğun hərbi geyim və digər təminat növləri ilə təmin olunurlar. Proqrama əsasən, gənc əsgərlərlə sıra və fiziki hazırlıq üzrə dərslər, eləcə də döyüş hazırlığı üzrə məşğələlər keçirilir. Bu məqsədlə onlarla nizamnamə hazırlığı, hərbi qanunvericilik, hərbi intizam qaydaları, təhlükəsizlik qaydaları, həmçinin sıra,…
Daha çoxKolumbiya ABŞ tərəfindən deportasiya edilən immiqrantları qəbul edəcək
[ad_1] Ağ Ev Kolumbiyanın ABŞ tərəfindən deportasiya edilən mühacirləri daşıyan təyyarələrin hava ilə enişini qəbul etdiyini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Evin sözçüsü Karolin Leavitt iki ölkə arasında gərginliyə səbəb olan qeyri-qanuni miqrasiya məsələsi ilə bağlı açıqlama verib. Leavitt bildirib ki, Kolumbiya hökuməti ABŞ prezidenti Donald Trampın ABŞ-a ekstradisiya edilən bütün qeyri-qanuni əcnəbilərin məhdudiyyətsiz və gecikmədən ölkəyə qəbulu ilə bağlı bütün şərtlərini qəbul edib. Sözçü Leavitt qeyd edib ki, Kolumbiyadan gələn mallara 25 faiz gömrük rüsumu tətbiq edən və bu dərəcəsi bir həftə ərzində yüzdə 50-yə…
Daha çoxÖtən il 216 uşaq dövlət uşaq müəssisələrindən ailələrinə qaytarılıb
[ad_1] Ötən il daha 216 uşaq dövlət uşaq müəssisələrindən ailələrinin himayəsinə qaytarılıb. SİA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, ötən il həmçinin 182 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb, həmin uşaqların öz ailələrində saxlanması təmin olunub. Ümumilikdə ötən dövrdə 664 uşağın müəssisələrdən ailələrinə qayıdışına nail olunub, 547 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb. [ad_2]
Daha çox“Bitcoin” 100 min dollardan aşağı düşüb
[ad_1] Ötən həftə rekord qıran kriptovalyuta bazarı bu həftəyə mənfəət satışları ilə başlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, “Bitcoin” 100 min dollardan aşağı düşüb. ABŞ prezidenti Donald Trampın kriptovalyuta tərəfdarı olması və kriptovalyutaları dəstəkləyən şəxsi SEC-in rəhbəri təyin etməsindən sonra rekordlar ardınca rekord qıran kriptovalyutalar yeni həftəyə enişlə başlayıb. “Bitcoin” 5,83 faiz azalaraq 98 000 dollara düşərkən, ikinci ən yüksək həcmli kriptovalyuta “Ethereum” 7,65 faiz azalaraq 3 086 dollara düşüb. “Solana” 12,33 faiz dəyər itirərkən, “Dogecoin” 10,83 faiz dəyər itirib. Bu ucuzlaşmalarla kriptovalyuta bazarının ümumi dəyəri 6,43 faiz…
Daha çox