Azərbaycan Prezidenti İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul edib

[ad_1] Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də İsrail İqtisadi Forumunun həmtəsisçisi və İdarə Heyətinin üzvü Conatan Misneri qəbul edib. SİA xəbər verir ki, dövlətimizin başçısı Azərbaycanda tarixən olduğu kimi bu gün də müxtəlif dinlərin və konfessiyaların, o cümlədən yəhudi icmasının nümayəndələrinin dostluq, əmin-amanlıq və harmoniya şəraitində yaşadıqlarını vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, bu, xalqımızın həyat tərzi olmaqla yanaşı, eyni zamanda, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin tərkib hissəsidir. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan öz təcrübəsindən çıxış edərək dünya səviyyəsində də dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqində mühüm rol oynayır,…

Daha çox

Makroiqtisadi dayanıqlılıq üzrə işçi qrupunun növbəti iclası keçirilib

[ad_1] “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasının təmin edilməsi və aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə yaradılmış Makroiqtisadi dayanıqlılıq üzrə işçi qrupunun növbəti iclası keçirilib. Mərkəzi Bankdan SİA-ya bildirilib ki, sədrliyi Mərkəzi Banka həvalə edilmiş Makroiqtisadi dayanıqlılıq üzrə işçi qrupunun iclasında “Daxili və xarici təsirlərə dayanıqlılıq məqsədi”nin 3 fəaliyyət istiqaməti çərçivəsində təsdiq edilmiş 15 tədbirin 2024-cü ilin yekunları üzrə monitorinq və qiymətləndirmə nəticələrinə dair ətraflı məlumat təqdim olunub. Həmçinin həyata keçirilən fəaliyyətlərin effektivliyinin daha da artırılması…

Daha çox

KOB evlərində ötən il sahibkarlara 456 minə yaxın xidmət göstərilib

[ad_1] 2024-cü ildə KOB evlərində sahibkarlara ümumilikdə 455 944 xidmət göstərilib. Bu barədə SİA İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agetliyinə istinadən xəbər verir. Məlumata görə, bu xidmətlərin 307 mindən çoxu “Bakı KOB evi”nin, 112 mindən çoxu “Yevlax KOB evi”nin, 22 mindən çoxu “Xaçmaz KOB evi”nin, 14 min 600-dən çoxu isə “Xaçmaz KOB evi”nin Xudatdakı xidmət mərkəzinin payına düşür. KOB evlərində sahibkarlara göstərilmiş xidmətlərin 408 minə yaxını dövlət qurumları (“G2B”), 48 mindən çoxu isə biznes qurumları (“B2B”) tərəfindən təqdim edilib. Sahibkarlar KOB evlərinə daha çox yükdaşımaları həyata keçirmək…

Daha çox

Prezident Qvineyanın yeni səfirinin etimadnaməsini qəbul edib

[ad_1] Prezident İlham Əliyev yanvarın 27-də Qvineyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Umar Kandenin etimadnaməsini qəbul edib. SİA xəbər verir ki, səfir etimadnaməsini Azərbaycanın dövlət başçısına təqdim etdi. Prezident İlham Əliyev səfirlə söhbət etdi. Dövlətimizin başçısı siyasi və iqtisadi əlaqələrimizin uğurla inkişaf edəcəyinə ümidvarlığını bildirərək, ölkələrimizin bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də, İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında fəal və uğurlu əməkdaşlıq etdiklərini dedi, bu çərçivədə qarşılıqlı dəstəyə əsaslanan əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirdi. Prezident İlham Əliyev əməkdaşlığımızın cəlbedici sahələrinin müəyyənləşdirilməsinin də zəruriliyini qeyd…

Daha çox

Əkin sahələrinə görə veriləcək subsidiyanın miqdarı açıqlanıb

[ad_1] Fermerlər əkin subsidiyası almaq üçün 10 hektardan artıq sahələrdə əkilmiş arpa, buğda, çəltik və qarğıdalı əkinlərini sığortalamalıdırlar. SİA xəbər verir ki, bu sözləri Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov yeni subsidiya əmsalları ilə bağlı keçirilən brifinqdə deyib. O bildirib ki, arpa və buğda üzrə azad edilmiş ərazilərdə müasir suvarma sistemləri ilə təmin olunmuş əkinlərdə hər hektara görə 400 manat, həmin ərazilərdə müasir suvarma sistemləri ilə təmin olunmamış əkinlərdə isə 140 manat əkin subsidiyasının ödənilməsi nəzərdə tutulur. “Digər ərazilərdə müasir suvarma sistemləri ilə təmin olunmuş əkinlərin hər hektarına…

Daha çox

İlham Əliyev yeni təyin olunmuş səfirin etimadnaməsini qəbul edib

[ad_1] Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 27-də Sloveniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qorazd Rençelin etimadnaməsini qəbul edib. SİA xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim etdi. Prezident İlham Əliyev səfirlə söhbət etdi. Səfir Qorazd Rençel ilk növbədə COP29-un uğurla keçirilməsi və əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırdı. Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev bu konfransın hazırlıq işlərinə az müddət qalmasına baxmayaraq, Azərbaycan tərəfindən həmin tədbirin uğurla təşkil olunduğunu vurğuladı, COP29-un ölkəmizdə indiyədək keçirilən ən böyük beynəlxalq tədbir olduğunu məmnunluqla qeyd etdi.…

Daha çox

Yalçın Rəfiyev Qətərdə səfərdə olub, siyasi məsləhətləşmələr aparılıb

[ad_1] Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev 26 yanvar 2025-ci il tarixində Qətər Dövlətində səfərdə olub. Bu barədə SİA-ya Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. Məlumata görə, səfər çərçivəsində Azərbaycan XİN ilə Qətər Dövlətinin Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin 5-ci iclası keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Qətər tərəfindən isə xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al Mureyxi rəhbərlik edib. Məsləhətləşmələr zamanı ikitərəfli siyasi və iqtisadi məsələlər, BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Həmçinin, ümumi maraq…

Daha çox

Azərbaycan XİN Beynəlxalq Holokost Qurbanlarını Anım Günü ilə bağlı paylaşım edib

[ad_1] Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Beynəlxalq Holokost Qurbanlarını Anım Günü ilə bağlı paylaşım edib. SİA xəbər verir ki, məlumat nazirliyin rəsmi “X” sosial media hesabında paylaşılıb. “27 yanvar – Beynəlxalq Holokost Qurbanlarını Anım Günündə biz bəşər tarixinin ən iyrənc vəhşiliklərindən birinin qurbanlarını xatırlayır və yad edirik. Biz dini və etnik nifrətə, soyqırımına və insanlıq əleyhinə cinayətlərə qarşı birləşirik və antisemitizmin, ksenofobiyanın bütün formalarına, həmçinin dözümsüzlük təzahürlərinə qarşı çıxırıq”, – paylaşımda qeyd olunub. [ad_2]

Daha çox

Suriyanın şimalında 4 terrorçu zərərsizləşdirilib

[ad_1] Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) Suriyanın şimalındakı Fərat Qalxanı bölgəsində 4 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyini bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Nazirliyin sosial media hesabındakı açıqlamada bildirilib: “Terrorla mübarizəmiz effektiv və qətiyyətlə davam edir. Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz Fərat Qalxanı bölgəsində 4 PKK/YPG terrorçusunu zərərsizləşdirib. Terror və terrorçu üçün heç bir yerdə keçid yoxdur”. [ad_2]

Daha çox