Kolumbiya ABŞ mallarına rüsumlar tətbiq edəcək


Kolumbiya prezidenti Qustavo Petro ABŞ mallarına cavab rüsumları tətbiq edəcəyini bildirib. SİA xəbər verir ki, bu barədə Petro “X” hesabında yazıb.

O, həmçinin qeyd edib ki, Xarici Ticarət Nazirliyi Kolumbiyanın ixracatını dünyanın digər ölkələrinə yönəltməyə kömək etməlidir: “Mən xarici ticarət nazirinə göstəriş vermişəm ki, ABŞ-dan idxala rüsumları 25% artırsın. Qiymətlər bahalaşacağı üçün Amerika malları yerli istehsal malları ilə əvəzlənməlidir və hökumət buna kömək edəcək. Bizim ixracımız genişlənməlidir. Mən xaricdəki bütün Kolumbiya icmalarını məhsullarımızın tanıtımında iştirak etməyə dəvət edirəm”.

Əlaqəli Xəbərlər