Hakan Fidan Səudiyyə Ərəbistanına səfər edəcək




Diplomatik mənbələrdən əldə edilən məlumata görə…



Türkiyənin Xarici işlər naziri Hakan Fidan sabah Səudiyyə Ərəbistanına səfər edəcək.

SİA xəbər verir ki, diplomatik mənbələrdən əldə edilən məlumata görə, nazirin görüşlərində iki ölkə arasında siyasi əlaqələrin hər keçən gün daha da möhkəmləndiyini vurğulaması və Səudiyyə Ərəbistanı ilə sürətlə artan ticarət həcmini daha da yüksəltməyi hədəflədiklərini bildirməsi gözlənilir. Fidanın beynəlxalq ictimaiyyətin Suriyadakı yeni rəhbərliklə əməkdaşlığının artırılmasının vacibliyinə diqqət çəkməsi və Səudiyyə Ərəbistanının bu istiqamətdəki yanaşmasının yüksək qiymətləndirildiyini qeyd etməsi də proqnozlaşdırılır. O, Türkiyənin Suriya ilə bağlı sanksiyaların aradan qaldırılması mövzusunda Səudiyyə Ərəbistanı ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulamaqla yanaşı, Qəzzada əldə edilən atəşkəsin daimi hala gətirilməsi üçün beynəlxalq ictimaiyyətin İsrailə təzyiqini artırmasının vacibliyinə diqqət çəkəcək. Hakan Fidanın Türkiyə ilə Səudiyyə Ərəbistanının iki dövlətli həll yolunun həyata keçirilməsi üçün sıx əməkdaşlıq etməsinin əhəmiyyətini vurğulaması da gözlənilir.

Bu səfər çərçivəsində iki ölkə arasında 2016-cı ildə təsis edilən və ilk iclası 7-8 fevral 2017-ci ildə Ankarada keçirilən Türk-Səudiyyə Koordinasiya Şurasının fəaliyyətləri də müzakirə olunacaq.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının Xarici işlər naziri Faysal bin Fərhan 14 iyul tarixində Türkiyəyə səfər etmişdi. Hakan Fidan isə 12 yanvarda çoxşaxəli Suriya toplantısında iştirak etmək üçün Ər-Riyada səfər edərək toplantı çərçivəsində Bin Fərhan ilə görüşmüşdü.

Əlaqəli Xəbərlər