Britaniyanın kəşfiyyat təyyarəsi Kalininqrad istiqamətində uçuşunu qəfil dayandırıb.
SİA-nın məlumatına görə, bu barədə “Arqumenty i Fakty” Flightradar 24 xidmətinin məlumatlarına istinadən bildirib.
Qeyd olunur ki, Boeing RC-135W Rivet Joint təyyarəsinin uçuşu təyyarə Kalininqrada doğru hərəkət etdikdən sonra dayandırılıb.
Kursun dəyişdirilməsinin səbəbləri hələlik məlum deyil.
Eyni zamanda media bu vəziyyətin Baltik dənizi üzərində beynəlxalq hava məkanında uçan Fransanın Atlantik 2 patrul təyyarəsinin kəsilmiş uçuşu ilə oxşar ola biləcəyini irəli sürüb.
Daha sonra Fransa tərəfi bildirib ki, təyyarə Rusiya hava hücumundan müdafiə sisteminin radarı ilə “işıqlandırılıb” və bu, təyyarəni hədəf kimi müəyyən edib.
Əli Babayev