33,4 milyon manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyulub


Ötən il prokurorluq orqanları 75,3 milyon manatdan artıq məbləğdə ziyanı ödətdirib, 33,4 milyon manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyub. SİA xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev qurumun geniş kollegiya iclasında çıxışı zamanı deyib.

Baş prokuror bildirib ki, keçən il prokurorluq orqanları 75 milyon 300 min 895 manat məbləğində ziyanın ödənilməsi təmin edib.

Həmçinin əlavə edilib ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən icraatına xitam verilmiş cinayət işləri üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 3 milyon 453 min 680 manat məbləğində pul vəsaiti ödənilib, 33 milyon 432 min 362 manat məbləğində əmlak üzərinə isə həbs qoyulub.

Əlaqəli Xəbərlər