Ərdoğan Ankarada keçirilən konqresdə çıxış edib


Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan “Terrorsuz Türkiyə” hədəfinə addım-addım yaxınlaşdıqlarını bildirib. Eyni zamanda Ədalət və İnkişaf Partiyasının (AKP) sədri də olan prezident Ərdoğan partiyasının Ankarada keçirilən Gənclik Qolları 7-ci adi konqresində çıxış edib.

SİA-nın məlumatına görə, 40 ildir Türkiyənin qanını zəli kimi soran terror bəlası ilə mübarizənin çoxşaxəli şəkildə davam etdiyini vurğulayan prezident deyib: “Bu ölkənin gənclərini bəzən zorla, bəzən isə aldadaraq dağa qaçıran terror baronları üçün yolun sonu görünüb. ‘Terrorsuz Türkiyə’ hədəfimizə addım-addım yaxınlaşırıq.” O, gənclərin heç bir səbəbdən terrorun amansız dişləri arasında itib getməsinə imkan verməyəcəklərini də bildirib. Ərdoğan əlavə edib: “Ekspansionistlərin başımıza saldığı bu bəlanı dəf edəcək, 40 illik oyunlarını pozacaq, bu torpaqlarda min illik bacı-qardaşlarımızdan güc və ilham alaraq işıqlı sabahları birlikdə quracağıq.”

Əlaqəli Xəbərlər