…Kölgə iqtisadiyyatı Rusiya dövləti üçün (…təkcə Rusiya dövləti üçünmü?-A.B.) əsas problemlərdən biri olaraq qalır, çünki o, büdcəyə vəsait axınına mane olur və davamlı sosial-iqtisadi artım imkanlarını azaldır.
SİA-nın məlumatına görə, rusiyalı iqtisadçı Vasili Koltaşov, bəzi sektorların, məsələn, ticarət, xidmətlər, daşınmaz əmlak icarəsi və istehsalatın, kölgə təcrübələrinə ən çox həssas sahə olduğunu bildirib.
Koltaşovun sözlərinə görə, bu sahələrdə vergidən yayınma vergi sisteminə və ölkənin büdcəsinə ciddi mənfi təsir göstərir.
Bu baxımdan, bu sahələrə hər hansı müdaxilə cəhdləri çoxlu sayda vətəndaşlar arasında narazılıq yarada bilər ki, bu da siyasi loyallığın dəyişməsinə səbəb ola bilər.
…“Üst səviyyədə” kölgə təcrübələri ilə mübarizə aparmaq üçün dövlət qubernatorların işini yoxlayır. 2016-cı ildən Rusiyada qubernatorlar dəyişdirilib ki, bu da regionlarda vergi yığımının artmasına səbəb olub. Yerli elita ilə əlaqəsi olmayan yeni qubernatorlar “kölgə alətlərini” zəiflədir, müəssisələri öz fəaliyyətlərini leqallaşdırmağa məcbur edir.
“Aşağı səviyyədə” uğurlu addım vətəndaşları öz fəaliyyətlərini leqallaşdırmağa təşviq edən özünüməşğulluq vergisi oldu.
…Federal Vergi Xidmətinin məlumatına görə, Rusiyada 12 milyondan çox özünüməşğul şəxs qeydiyyatdadır və xüsusi vergi rejimi dövründə yığılan vergilərin məbləği 219 milyard rubldan çox olub
… Rusiya Federasiyası Mərkəzi Bankının statistikasına görə, Rusiya iqtisadiyyatı 2024-cü ildə “kölgə” kapital axınında kəskin artım yaşayıb.
…Mərkəzi Bankın məlumatına görə, standart kateqoriyaların heç birinə aid olmayan əməliyyatlar (malların idxalı, investisiyalar, borcların ödənilməsi və s.) nəticəsində bir il ərzində ölkədən 9,6 milyard dollar çıxarılıb.
…“The Moscow Times” yazır ki, bu maddə keçən illə (7,2 milyard dollar) müqayisədə üçdə bir, müharibənin birinci ili ilə (6 milyard dollar) müqayisədə 60 faiz və müharibədən əvvəlki 2021-ci ilə nisbətən 96 dəfə artıb.
Əli Babayev