Putin ruslara işarə edib: sülh danışıqlarında iştirak etməyəcək..?





Ən azından yaxın gələcəkdə…



…Rusiya lideri Vladimir Putin dövlət televiziyasına müsahibəsində deyib ki, Rusiyanın tezliklə sülh danışıqlarında iştirak etməyəcəyi ehtimalı var.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutu yanvarın 24-də Putinin Kreml təbliğatçısı Pavel Zarubin ilə müsahibəsindən sonra məlumat yayıb.

Belə ki, Putinin çıxışında əsas vurğu müharibənin davam edəcəyini Rusiya cəmiyyətinə aydınlaşdırmaq olub. O vurğulayıb ki, Rusiyanın yaxın gələcəkdə sülh danışıqlarında iştirak etmək ehtimalı azdır və Rusiyanın Ukraynaya təcavüzü Rusiya ilə Qərb arasında daha geniş münaqişənin tərkib hissəsidir.

…Putin, çox güman ki, Rusiya dövlət televiziyasında Zarubinlə müsahibədən istifadə edərək, Rusiya ictimaiyyətinə Rusiyanın yaxın gələcəkdə sülh danışıqlarına getmə ehtimalının, ümumiyyətlə müharibənin tezliklə bitmə ehtimalının az olduğunu bildirir.

Müharibənin Tədqiqi İnstitutunun analitikləri hesab edir ki, Putin bu müsahibə ilə həm də müharibəni bitirmək istəyən Rusiya elitasına təsir etmək istəyib.

Onun mesajı onları əmin etməlidir ki, sülhün tezliklə həlli olmayacaq. Bu bəyanat bir daha Putinin dönməz mövqeyini nümayiş etdirir ki, bu da Ukraynanın Qərbin marioneti olması və münaqişənin böyük güclər arasında qlobal qarşıdurmanın bir hissəsi olması barədə rəvayətləri təbliğ edir.

Bundan əlavə, Rusiya hökmdarı hesab edir ki, Ukraynada müharibə ilə bağlı danışıqlar yalnız ABŞ və Rusiya arasında, Ukraynanın birbaşa iştirakı olmadan həyata keçirilə bilər.

Deyim ki, analitiklər öz hesabatlarında belə yazırlar.

Putin həmçinin Zelenskinin Ukraynanın hazırkı prezidenti kimi legitimliyini bir daha şübhə altına alıb. Müsahibə zamanı Putin özünü Donald Trampla bərabər tutmağa çalışaraq, Rusiyanın böyük dövlət və Sovet İttifaqının varisi olduğuna dair çoxdankı inamını gücləndirib..?

Əli Babayev

Əlaqəli Xəbərlər