“Yenidən ÜST-də ola bilərik”
Daha çoxDay: January 26, 2025
Gəmidən atıla bilən yeni ballistik raketləri sınaqdan keçirildi
Şimali Koreya gəmidən atıla bilən yeni ballistik raketləri sınaqdan keçirib. Bu barədə rəsmi Koreya Mərkəzi Teleqraf Agentliyi – KCNA məlumat yayıb. SİA-nın məlumatına görə, bildirilir ki, raketlər müəyyən edilmiş hədəfləri dəqiqliklə vurub. Raket sınağında iştirak edən KXDR başçısı Kim Çen İn bildirib ki, ölkənin silahlı qüvvələrinin təsir radiusu genişlənib.
Daha çoxTerrorçuları Suriya və İraqla birlikdə məhv etməliyik
Türkiyə, Suriya və İraq terrorçuları birlikdə məhv etməlidir. SİA “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Bağdadda İraq Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib. O, bildirib ki, üç ölkə PKK və İŞİD terror təşkilatlarına qarşı birgə mübarizə aparmalıdır. “İraqdan gözləntimiz PKK-nı terror təşkilatı kimi tanımasıdır”, – H.Fidan əlavə edib. O, həmçinin söyləyib ki, İraqla Suriyanın yeni hakimiyyəti arasında əlaqələr gücləndirilməlidir: “Türkiyə olaraq bunun üçün öhdəmizə düşəni edəcəyik”. Türkiyəli nazir Qəzzadakı vəziyyət barədə də danışıb: “Atəşkəsin…
Daha çox48 saat ərzində iki polis intihar etdi
Fransa Daxili Təhlükəsizlik Baş İdarəsinin iki polisi intihar edib. SİA Fransa mətbuatına istinadla xəbər verir ki, onlardan biri Levallua-Perretdə (Hauts-de-Seine) iş yerində intihar edib. Rəsmi mənbələrə görə, onun cəsədi müəssisənin parkinqində aşkar edilib. Həmin şəxsin xidməti silahından istifadə etdiyi ehtimal olunur. Prokurorluq bu faciə ilə bağlı dəqiq məlumatları müəyyən etmək üçün ölümün səbəblərinə dair araşdırmanı Daxili Təhlükəsizlik Baş Müfəttişliyinə həvalə edib. İki gün əvvəl də başqa bir polis əməkdaşının cəsədi Bulony-Bilankurdakı mənzilində aşkar edilib. Həmin əməkdaşın da odlu silahdan istifadə etdiyi bildirilir. İntihar kimi görünən bu ölüm halları oxşar olduğu…
Daha çoxHƏMAS atəşkəs razılaşmasını pozub
İsrail rəsmiləri HƏMAS-ın Qəzza ilə bağlı atəşkəs razılaşmasını pozduğunu bildirib. SİA xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Qeyd olunub ki, geri qaytarılması nəzərdə tutulan girovlardan biri olan Arbel Yehud azad edilməyib. Həmçinin girovların siyahısı təqdim olunmayıb. Bildirilib ki, buna görə də Qəzza sakinlərinin anklavın şimalına qayıtmasına icazə verilməyəcək. Xatırladaq ki, bundan əvvəl HƏMAS atəşkəsin pozulmasına görə İsraili ittiham etmişdi. Qeyd edək ki, yanvarın 19-da İsrail iqtidarı atəşkəs rejiminin tətbiq olunduğunu elan edib və HƏMAS hərəkatı ilə razılaşma çərçivəsində üç israilli girovun əvəzinə fələstinli 90 məhbusu azad edib.…
Daha çoxDaşaltı əməliyyatında və Şuşa səmasında vurulan helikopterdə şəhid olanların xatirəsi anılıb
1992-ci il yanvarın 25-26-da Daşaltı əməliyyatı zamanı və yanvarın 28-də erməni terrorçuları tərəfindən Şuşa səmasında vurulan “Mİ – 8” helikopterində şəhid olanların əziz xatirəsi Şuşa Şəhidlər xiyabanında yad edilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, şəhidlərin anım mərasimində Xüsusi Nümayəndəliyin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları, Şuşada fəaliyyət göstərən idarə və müəssisə rəhbərləri, şəhidlərin ailə üzvləri, qazilər, müharibə veteranları, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Qeyd edək ki, Azərbaycan ordusunun həyata keçirdiyi Daşaltı əməliyyatı 1992-ci il yanvarın 25-də axşam saat 20:00-da başlanıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb.…
Daha çoxMüdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO
Daha çoxBelarusda prezident seçkiləri baş tutmuş elan edilib
Belarusda seçicilərin 50 %-dən çoxu prezident seçkilərində səs verib, seçkilər baş tutub. SİA xəbər verir ki, bu barədə MSK sədrinin müavini Aleksey Başan bildirib. Son məlumata görə, seçici iştirakı 56,64 % təşkil edib. Hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun rəqibləri Liberal Demokrat Partiyasının sədri Oleq Qaydukeviç, sahibkar Anna Kanopatskaya, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Sırankov və Əmək və Ədalət Respublika Partiyasının sədri Aleksandr Xindyardır. 2020-ci il prezident seçkilərində seçici fəallığı 84,28 faiz təşkil edib ki, bunun da 41,70 faizi vaxtından əvvəl səs verib. Həmin vaxt səsvermədə iştirak edən seçicilərin…
Daha çoxİranda denge qızdırması tüğyan edir
Son aylarda İranda 1094-dən çox denge qızdırması halı aşkarlanıb. SİA xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin məlumatında bildirilib. Yoluxanlardan 883 nəfərin başqa bir ölkəyə səfəri olmayıb. Ən çox yoluxma halı Sistan və Bəlucistan əyalətinin Çabahar şəhərində qeydə alınıb: 870 nəfər. Daha 13 hadisə isə Hormozqan əyalətində qeydə alınıb.
Daha çoxLukaşenko Aİ-nin bəyanatını pisləyib
Belarusun hazırkı lideri Aleksandr Lukaşenko ölkədə keçirilən prezident seçkilərində səs verib. SİA BELTA-ya istinadla xəbər verir ki, dövlət başçısı və seçkilərdə namizəd olan Lukaşenko ənənəvi olaraq Minskdə Belarus Dövlət Bədən Tərbiyəsi Universitetində yerləşən 1 saylı seçki məntəqəsində səs verib. “Əgər kimə səs verdiyimi soruşmaq istəyirsənsə, sənə səmimi etiraf etməliyəm – hamı üçün!” – deyə o, jurnalistlərin kimə səs verməsi ilə bağlı sualını cavablandırıb. Lukaşenko onu da bildirib ki, Aİ-də Belarusda keçirilən prezident seçkilərinin nəticələrinin tanınmaması ilə bağlı bəyanat Qərbin önündə “sürünməkdir”: “Bu, Vaşinqtondakı böyük qardaşların qarşısında “quyruq bulamaqdır”. Əgər siz…
Daha çox