NATO Trampın prezidentliyindən sonra daha da güclənəcək


…Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) daha da güclənəcək və hətta Donald Trampın ABŞ prezidenti səlahiyyətlərinin 4 ildən sonra başa çatmasından sonra Ukraynanı öz sıralarına qəbul edə bilər.

SİA-nın məlumatına görə, bu fikri Finlandiya prezidenti Aleksandr Stubb Almaniyanın “Der Spiegel” jurnalına müsahibəsində deyib.

…Ümid edirəm ki, biz o zaman daha da güclü NATO-nu görəcəyik – NATO 3.0. Amma o, mütləq Amerikanın üzvlüyünə malik NATO olacaq – mənim buna bir saniyə belə şübhəm yoxdur.

Bunu Stubb deyib.

…Birləşmiş Ştatlar heç bir başqa alyansda öz təhlükəsizliyini təmin edə və Avropadakı maraqlarını bu qədər etibarlı və ucuz şəkildə təmin edə bilməz. Ona görə də mən nikbinəm ki, dörd ildən sonra bizim ittifaq daha da möhkəmlənəcək və bəlkə də o zaman Ukrayna da təşkilata üzv olacaq.

Belə bir fikri də Finlandiya prezidenti bildirib.

Əli Babayev

Əlaqəli Xəbərlər