Belarusdakı prezident seçkilərində exit-poll sorğusunun nəticələri…


Birinci informasiya kanalının efirində Belarusda prezident seçkilərində seçicilər arasında keçirilən exit-poll sorğusunun nəticələrinə yekun vurulub və elan edilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, sorğunun nəticələrinə əsasən, respondentlərin 1,8 faizi Belarus Respublikasının prezidentliyinə namizəd Oleq Qaydukeviçə səs verib; Anna Kanopatskaya – 1,6 faiz, Aleksandr Lukaşenko – 87,6 faiz, Sergey Sırankov 2,7 faiz, Aleksandr Xijnyak 1,2 faiz səs toplayıb. Seçicilərin 5,1 faizi isə namizədlərin heç birinə səs verməyib.

Sorğu sosioloji seçimə əsasən 320 seçki məntəqəsində keçirilib. Seçicilərlə 1000 müsahibə aparıb. Bütün gün ərzində – seçki məntəqələri açılan andan (səhər saat 08:00-dan) bağlanana qədər müsahibəçilər seçiciləri sorğu-sual edirdilər. Sorğu anonim olub. Respondentlərdən hansı namizədə səs verdikləri soruşulub.

Əlaqəli Xəbərlər