Sərnişin təyyarəsi Saratovda məcburi eniş edib.
SİA xəbər verir ki, bu barədə “Rossiyskiy qazata”ya məlumatlı mənbə bildirib.
İlkin məlumatlara görə, Moskvadan Soçiyə uçan Airbus A321 təyyarəsinin ekipajında havada problemlər yaranıb.
Qaqarin hava limanı ehtiyat kimi seçilib. Eniş uğurlu olub və heç kim xəsarət almayıb.
Aviaşirkət nümayəndələri sərnişinlərlə işləyir.
Nazlı Almuradova