Son aylarda 500-ə yaxın vəhşi dovşanın yaşadığı adada çoxlu qəribə ölümlər baş verib. Noyabr ayından indiyədək 77 ölü dovşan tapılıb.
SİA-nın məlumatına görə, Yaponiyada, məşhur Dovşan adasında dovşanla amansız rəftar edən 25 yaşlı gənc həbs edilib.
NHK telekanalı xəbər verir ki, şübhəli şəxs heyvanı təpikləyib və nəticədə heyvan ölüb.
Hadisənin şahidi olan ər-arvad kişini saxlayaraq polisə müraciət ediblər.
Dindirilmə zamanı saxlanılan şəxs dovşanların onun hərəkətlərinə reaksiyasını görməkdə maraqlı olduğunu etiraf edib.
…Bundan əvvəl məlum olmuşdu ki, Yaponiya yenidən Rusiya Federasiyası ilə sülh müqaviləsi bağlamaqdan danışır. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Yaponiyanın düşmənçilik kursundan əl çəkəcəyi təqdirdə Rusiyanın dialoq aparacağını bildirib.
Nazlı Almuradova